Maraqlı

Başqasının “iPhone” modelini bloklayan üsul aşkarlanıb

17 Dekabr 2019 08:01
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iPhone" smartfonları üçün "AirDrop" funksiyasında qurğunu uzun müddət bloklamağa imkan verən boşluq aşkarlanıb. Səhv kibertəhlükəsizlik sahəsində ekspert Kişan Baqariyanın bloqunda təsvir edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "AirDrop" vasitəsilə faylların qəbulu zamanı qurğu sahibi tərəfindən faylların qəbulunun ləğv edilməsi və ya təsdiqlənməsi məqsədilə smartfonun ekranı bağlanır. Qurbana çoxsaylı faylların göndərilməsini quraşdırmaqla kibercinayətkar smartfonu uzun müddət bloklaya bilər.

Mütəxəssis boşluq kodunu "GitHub" servisində dərc edib. K.Baqariyanın sözlərinə görə, potensial baxımdan hücumları "AirDrop", "Bluetooth" və "Wi-Fi"ı söndürməklə aradan qaldırmaq olar. O, həmçinin "AirDrop" funksiyasını yalnız zərurət yarandıqda işə salmağı və tanış olmayan istifadəçilərdən məlumatlar qəbul etməməyi tövsiyə edib.

"iPhone" smartfonlarının istehsalı ilə məşğul olan "Apple" şirkəti ekspert tərəfindən aşkarlanan problem barədə məlumatlandırıldıqdan sonra boşluq aradan qaldırılıb. Buna faylların göndərilməsi üçün sorğuların sayını məhdudlaşdırmaqla nail olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.