2020-ci ilin PROQNOZLARI - Tramp uduzacaq, neft 90 dollara satılacaq, dollar isə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Danimarkanın "Saxo Bank" investisiya bankı 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən "şokedici", "təəccüblü" və s. kimi xarakterizə olunur.
Milli.Az Modern.az-a istinadən 2020-ci ilin proqnozlarını təqdim edir.
Neftin 1 bareli 90 dollara çatacaq. Gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azalması olacaq.
Tramp yeni vergi tətbiq edəcək və prezident seçkilərini uduzacaq. ABŞ iqtisadiyyatı 2020-ci ildə ticarət balansındakı defisitə görə çətinliklərlə üzləşəcək. Çinlə tariflərlə bağlı saziş də buna yardım etməyəcək. Tramp xaricdə istehsal olunan məhsullardan əldə olunan gəlirin 25%-ni ABŞ-a ödəməyi nəzərdə tutan yeni vergi tətbiq edəcək. Seçicilərin tərkibində liberal düşüncəli şəxslərin üstünlük təşkil etməyə başlamasına görə Tramp 2020-ci il seçkilərini uduzacaq. Demokratlar Partiyası həm prezident kürsüsünü, həm də Konqresin hər iki palatasını nəzarəti altına götürəcək.
Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.
Macarıstan Avropa Birliyini tərk edəcək. Avropa Birliyi cəmiyyətə və insan haqlarına ciddi təzyiqlər olduğu üçün Macarıstana qarşı imzaladıqları müqavilənin 7-ci bəndini tətbiq edib. Ölkəsini miqrantların axınından qoruduğunu elan edən Macarstan hökuməti isə get-gedə Türkiyə ilə ortaq soy-kökə bağlılığa vurğu edir. Digər tərəfdən, Avropa Birliyinin Macarıastana illər ərzində ayırdığı maliyyə yardımı isə minimum səviyyəyə enib. Bu isə tərəflər arasında "boşanma" prosesini yaxınlaşdırır.
Digər reallaşmasına inamın az olduğu lakin gerçəkləşə biləcək hadisələr arasında Ceremi Korbinin Böyük Britaniyada parlament seçkilərində qalib gəlməsi, Almaniya iqtisadiyyatında durğunluq və s. var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Sobaya dəsmal asanlara mütəxəssislərdən xəbərdarlıq: Dərhal yığışdırın!
-
Doğum gününüz haqqınızda nə deyir
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
XƏBƏR LENTİ
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Sobaya dəsmal asanlara mütəxəssislərdən xəbərdarlıq: Dərhal yığışdırın!
-
Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
-
“Arsenal” səfərdə “Liverpul”u məğlub edib
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış





