Maraqlı

Erməniləri yer üzündən silmək istəyən hökmdar

9 Noyabr 2019 15:06
19 Şərh     Baxış: 4 296

İbn Ərəbşah onun barəsində yazırdı: "Teymurun ordusu səfərə çıxanda sanki vəhşi heyvanlar yer üzünə səpələnmiş, göydəki ulduzlar yerə yağmış, dağlar ayaqlanaraq qaçırmış, qübbələr dağılmış, yer yerindən oyanamış kimi olurdu.

Əmir Teymur bəzi əlamətlərlə doğulmuşdu, bunlardan biri dünyaya gələrkən ovucunda görünən qan idi, eynən Monqol İmperiyasının hökmdarı Çingiz Xan kimi. Bir sıra mənbələrdə doğularkən saçının ağ olduğu bildirilir. Doğulduğu gün, yəni aprelin 9-da (1370-ci il) taxta çıxması da Teymurun maraqlı şəxsiyyət olduğunu göstərən amillərdən biridir.

Milli.Az Axar.az-a istinadən Teymurilər İmperiyasının hökmdarı Əmir Teymur haqda yazını təqdim edir:

Teymurun 1360-cı ilə qədərki gənclik illəri ilə bağlı o qədər də geniş məlumat yoxdur. Ərəb tarixçiləri İbn Xəldun və İbn Ərəbşah Teymurun uşaqlığının atası Tarağayla at, inək oğurlayaraq və kiçik dəstələrlə basqınlar edərək keçirdiyi iddiasında həmfikirdir. Rəvayətə görə, Teymur İbn Xəlduna sağ ayağının axsamasının kiçik yaşlarında basqında aldığı zərbədən yarandığını demişdi.

Bu axsaqlıq səbəbindən Şərq mənbələrində Teymura "Teymurləng", Qərb mənbələrində isə "Tamerlan" deyə xitab edilir. Amma bir çox mənbə Teymurun bir savaş vaxtı yaralandığını iddia edir.

"Çingiz Xan dünyasının yeni qurucusu"

Teymur Barlas boyundan idi. Barlaslar türk-monqol ənənələrini davam etdirən bir boy idi. Təsadüfi deyil ki, Əmir Teymur da Çingiz Xan kimi imperiyanı qurmağa kiçik qəbilələri birləşdirməklə başlamışdı. Bu baxımdan, Teymurun tərcümeyi-halı monqol hökmarında çox yaxındır. Teymur öz hakimiyyətini qəbul etdirmək üçün ətrafına Çingiz Xan soyundan gələn şəxsləri yığmışdı. Üstəgəl, Çingiz Xan soyuna bağlı Saray Mülk Xanımı həyat yoldaşı olaraq seçmişdi. Övladlarına və nəvələrinə də Çingiz Xan soyundan olan gəlinlər almışdı.

Teymurun fəthələri "Çingiz dünyasının yeni qurucusu" prinsipinə əsaslandırırdı. Bununla da kifayətlənməyib istilalarını İslam və şəriəti qorumaq adıyla davam etdirmişdi. Teymur şəxsi həyatında və sarayında türk-monqol və İslam ənənələrini yaşatmışdı. Əmir Teymur monqol kimi dünyaya gəlmişdi, lakin mənsub olduğu boy və coğrafiya səbəbindən türkləşmişdi. Özünü də türk kimi qəbul edirdi.

Firdovsinin məzarında dediyi sözlər

Gənclik illərindəki ağır mübarizələrdən sonra 1370-ci ildə Teymur Səmərqənddə öz hakimiyyətini elan etdi və vaxt itirmədən hücumlara başladı. Teymurilər İmperiyasının əsası həmin ildə qoyulub. Adı tarixə "Heç bir savaşda məğlub olmayan hökmdar" kimi yazılsa da, iddiaya görə, imperiya elan olunmamışdan beş il əvvəl - 1365-ci ildə köçəri monqollarla girdiyi bir döyüşdə yağış yağması səbəbindən məğlub olmuşdu.

Lakin imperiya qurduqdan sonra heç bir savaşda məğlub olmadı.

Teymur ilk səfərini 1371-ci ildə Xarəzmə edir. Xorasanı öz dövlətinin ərazilərinə qatdıqdan sonra 1381-ci ildə Tus şəhərinə girərkən öz əsərlərində türkləri pisləyən "Şahnamə"nin yazarı, iranlı şair Firdovsinin məzarını soruşur.Əmir Teymur Firdovsinin xaraba qalmış məzarı qarşısına keçərək deyir: "Ey Firdovsi, qalx, hər sətrində pislədiyin məğlub türkü indi gör. Qalx, bax, İsfahan gözəldir, yoxsa Səmərqənd? Bağdaddan bu yatdığın yerə qədər bir nəfər də sağ fars buraxmadım. Artıq topal ayağımın basdığı yerdə ot bitmir".

Osmanlı sultanı əsirlikdə

Teymur hücumlarının ilk illərində Gürcüstan, Azərbaycan və Osmanlının bir hissəsini öz imperiyasına qatmışdı. Azərbaycan ərazilərinə hücumlarda Ağqoyunlu və Qaraqoyunlu dövlətləri ilə savaşmışdı. Bu hücumların sonunda tarixi Azərbaycan dövlətlərini öz imperiyalarına qata bilmişdi. Qızıl Ordaya hücum edən Teymur burada da zəfər qazanmışdı.

1395-ci ildə şimala yönələn Əmir Teymur Moskva və Kiyevə hücum etmişdi. Bundan sonra 1398-ci ildə Hindistana girmiş və Dehlini ələ keçirmişdi.

Teymur tarixin ən uzunömürlü imperiyalarından biri Osmanlını da məğlub etmişdi. Lakin o, Osmanlı ilə qarşılaşmaq istəmirdi. Osmanlı sultanına birlikdə savaşmağı təklif etsə də, bu təklifi qəbul olunmamışdı. Daha doğrusu, Teymur Osmanlını öz imperiyasına birləşdirmək istəyirdi, Sultan Bəyazid isə bunu qəbul etmədi. Nəticədə Teymurilər 1402-ci ildə Osmanlı ordusunu məlubiyyətə uğratdı və İldırım Bəyazid əsir götürüldü.

Osmanlı sultanı bu məlubiyyətdən bir il sonra - 1403-cü ildə əsirlikdə vəfat etdi. Əmir Teymur isə 1405-ci ildə taxtını Pir Məhəmmədə vəsiyyət edərək həyata gözlərini yumdu.

Teymurilərin tarix səhnəsindən çıxışı

Teymur öldükdən sonra taxt üstündə mübahisə yarandı. Pir Məhəmməd hələ kiçik yaşda idi, digər mirasçılar hakimiyyəti ona vermək niyyətində deyildi. Bir neçə illik mübarizədən sonra Teymurun oğlu Şahrux Mirzə hakimiyyəti ələ keçirdi. Herat şəhərindən imperiyanı idarə etməyə başladı.

Səmərqəndə nəzarəti oğlu Uluq Bəyə verdi. Lakin Şahrux Mirzə və Uluq bəy heç vaxt Teymur kimi düşmənlərini qorxu altında saxlaya bilən hökmdar ola bilmədilər. Şahrux həyatını dinə, Uluq Bəy isə elmə həsr etmişdi. 1449-cu ildə taxtı ələ keçirən Əbdüllətif də taxtda uzun müddət qala bilmədi. Bir il sonra Uluq Bəy tərəfdarları tərəfindən öldürüldü. Taxtı təslim alan Abdullah da eyni aqibətlə üzləşdi. 1451-1469-cu illərdə iqtidarda olan Əbu Səid dönəmində Teymurilər öz enişini yaşadı. Bundan sonra taxta keçən Hüseyn Bayqara da Teymurun qurduğu imperiyanı xilas edə bilmədi. Teymurilər 1506-cı ildə tarix səhnəsini birdəfəlik tərk etdi.

"Allahın hədiyyəsi"

Teymur fərariləri, kafirləri və şəriət qaydalarına əməl etməyənləri düşmən olaraq qəbul etmişdi. Tarixi mənbələrə görə, Əmir Teymur Hindistan və Gürcüstana da İslam şəriətini qorumaq və yaymaq məqsədilə girmişdi. Teymur böyük bir hökmdar olmasını "Allahın hədiyyəsi" adlandırırdı. Hücumlardan əvvəl mütləq İslam din adamlarının yanına gedir və onlardan dəstək alırdı.

Məğlubedilməzliyinin sirri

Teymur dünyada heç bir savaşda məğlub olmayan hökmdar kimi tarixə düşmüşdü. Bunun səbəblərindən biri güclü orduya sahib olması idisə, əsas məsələ hesablamaları ilə bağlıydı. Əvvəlcədən savaşın nəticələrini hesablayar, məğlub edəcəyini ehtimal etdiyi döyüşə girmirdi, daha doğrusu, ən uyğun vaxtı gözləyirdi.

Teymurun ordusunda bundan əvvəl tarixin savaş meydanlarında az görünən fillər var idi. Ankara savaşının qazanılmasının əhəmiyyətli səbəblərindən biri də bu fillərdir. Teymur Hindistan səfərində olarkən əvvəllər heç vaxt görmədiyi bir heyvanla qarşılaşır. Bu heyvanlar Teymurun istifadə etdiyi atlardan daha güclü, daha böyük idi. Lakin fillərin orduya cəlb edilməsi atları narahat etməyə başlamışdı. Teymur buna da həll tapır. Rəvayətə görə, müharibələrə fasilə verildiyi vaxt atlara təlim verən əsgərlərinin yanına camışlar gətirir. Bu camışların başlarına ağacdan hazırlanmış "xortumlar" taxaraq onları fillərə oxşadır, atların yanında gəzdirərək atları fillərə öyrəşdirir.

Teymurun bu qəribə həmləsi ona qələbələr qazandırdı. İlk savaşdan sonra Teymur filləri ordusuna cəlb etmək qərarı verir və Ankara savaşına 30-dan çox fillə qatılır.

Elmə münasibəti

Teymur ələ keçirdiyi şəhərlərdə yaşayan elm adamları və müəllimləri Səmərqəndə gətirirdi. İslam dünyasının ən böyük alimlərindən biri olan Uluq Bəy Teymurun nəvəsidir. Teymur türklərin köçəri həyat yaşadığı Mavərənünəhri şəhərləşdirmiş, obalarda tikinti işləri aparmış, kənd təsərrüfatını inkişaf etdirmiş, əsas ticarət yollarını şəhərlərdən salmış, bir çox kitabxana və mədrəsə tikdirmişdi.

Bu səbəbdən XIV-XV əsrlər Səmərqəndin "qızıl dövrü" kimi tarixə düşüb. Bəlkə də buna görə, bir çox tarixi mənbələrdə "Teymur İntibahı" anlayışına da rast gəlinir.

Əmir Teymur və ermənilər

Əmir Teymur Sivasa hücum eməzdən əvvəl qala komandanlığı ilə danışır və onları sülhə dəvət edir. Lakin rədd cavabı aldıqdan sonra hücuma keçir. Qala bir müddət müqavimət göstərsə də, ərzaq qıtlığı və köməyin gəlməməsi səbəbindən Teymura sülh təklif edir.

Teymur qala əhalisinin müsəlman olduğunu əsas gətirərək, bu təklifi qəbul edir. Görüş vaxtı qaladan 4 minə yaxın erməni oxçu Teymurun ordusunu vurmağa başlayır. Teymur bundan sonra həmin 4 min ermənini istəyir və qan axtırmayacağı vədini verir. Qala komandanı bunu qəbul etmək məcburiyyətində qalır və erməniləri hökmdara təslim edir.

Əmir Teymur erməni sipahilər üçün xəndəklər qazdırır, əllərini bağlayaraq onları diri-diri torpağa basdırır. Qala komandanlığı bu qərarının sülhü pozduğunu bildirdi. On əsgərini öldürdüyü üçün 4 min ermənini diri-diri basdıran Teymurun cavabı isə belə olur: "Baxın, heç qan tökmədim".

Bir çox səfərlərdə ermənilərin xəyanətləri ilə üzləşən Əmir Teymur bu səfərlərindən birində məşhur fikrini səsləndirmişdi: "Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da lənət yağdıracaqlar".

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    NEA · 9 Noyabr 15:3350

    Kaş siləydin ey hökmdar!

    Cavab yaz
  • Anonim
    Roya · 9 Noyabr 15:4950

    Bir yerde oxumuşdum iki defe Emir Teymurun mezarı açılmış ve ikisinde de dünya müharibesi baş vermişdir.Hetta ikinci dünya müharibesi geden zaman Stalin'e bu haqda melumat verilir o zaman Teymurun neşi Moskovadaymış Stalin'in emri ile Emir Teymurun neşi geri qaytarılır ve müharibe sona çatır.Bu bir revayetmi gerçekmi bilmirem Ancaq, ermeniler haqqında söylediyi her şey gerçek.

    Cavab yaz
    • Anonim
      Papatya · 9 Noyabr 20:4840

      Salam Röya. Oxuduğum bir yazıda onun qəbrində, yəni türbəsinin içində " Hər kim məzarımı narahatat edərsə, məndən daha qorxunc birini sərbəst buraxar" yazısı olduğu deyilir. Stalin biraz qorxmuş demək ki)

      Cavab yaz
  • Anonim
    Weird · 9 Noyabr 16:0750

    Allah rehmet elesin, Qebri nurla dolsun.

    Cavab yaz
  • Anonim
    MEHMAN QAZAXLI · 9 Noyabr 16:0970

    KAŞ Kİ BU ŞƏRƏFSİZLƏRİ TƏMİZ YER ÜZÜNDƏN SİLƏYDİN ---BU GÜN BİZ DƏ BU BƏLALARA DÜCAR OLMAZDIQ.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN BÖYÜK ƏMİR TEYMUR.

    Cavab yaz
    • Anonim
      Əmrah .Ənrah.Almalı · 9 Noyabr 17:1040

      ALLAH RƏHMƏT ELƏSİN

      Cavab yaz
  • Anonim
    Alimardan · 9 Noyabr 17:0630

    bu da ne ucunse ermenilere hucum etmiyib, goresen niye?? axi ermenileri kicik bir hemle ile mehv ede bilerdi.

    Cavab yaz
  • Anonim
    Nail · 9 Noyabr 19:3130

    Türkləşmiş monqol deyil, monqollaşmış Türklərdən olub. Çingiz xanın oğlu Çağatay isə Türkləşmiş monqol idi. Teymur, Çingiz xanı nümunə alaraq monqollaşmışdi. Amma dövlət dili həmişə Türk dili olub. Mlükü Turan, emiri Türkustanis- Teymur xan.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 19:5830

    Əmir Teymur Sivas qalasını mühasirəyə alır,qalaya gedən yolları bağlayır.Ərzaq qıtlığı çəkən xalqın irəli gələnləri-“Əgər təslim olsaq o bir türk xaqanıdır bizə heç nə etməz”-deyirlər.Bir dəstə uşağı əllərində Quran-i Kərim ağ bayraq göndərirlər,təslim olacaqlarını bəyan edirlər.Tək şərtləri qardaş qanının tökülməməsidir.Teymur xan bu təklifə etiraz etmir,çünki elə əvvəldən istəyi bu olur.Qan tökməyəcəyinə söz verir.Sivasa daxil olur və savaş təzminatları müəyyənləşdirərkən qala surlarında çatışma vaxtı da çox canfəşanlıq edən 4000 erməni əsgəri teymurun əsgərlərini qıcıqlandırmağa başlayır.Bu qarğaşada 100 əsgəri öldürülən Xan buna çox hiddətlənir.Teymurun əsgərlərinin inamı sınmışdı.Çox nizamlı bir ordusu olan Teymur,bu nizama asan nail olmamışdı.Üstəlik aldığı xəbərlərdən ermənilərin özbaşınalıqlarını,Ərzincanda talançılıq etdiklərini öyrəndi və Xanın qəzəbi ikiyə qatlandı və həmin o xəndəkləri qazdırıb erməniləri hüzuruna gətirməyi əmr etdi..

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 19:5930

    Ermənilərdən soruşdu-”Öldürmək yaxşıdır??”-Ermənilər qorxularından susdular—“Yaxşı olmasa,öldürməzdiniz.Bələkdəki çağaları doğramazdınız.Xoşunuza gələn bir şeyin sizə də edilməsi caiz deyil sizcə??Madam ki başınızdan böyük qələt etmisiniz,indi öz canınızın necə ağrıdığını öyrənin.”Teymur əmr verdi,onları 10 nəfərlik qruplara ayırdılar.Başlarını iplə ayaqlarının arasına sıxışdırıb,cuxurlara doldurub üstlərini torpaqladılar..

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 20:0040

    Teymur,Türkə zülm edənin sonunun bu olduğunu söyləyir və sonra tarixə yazılan bu sözləri deyir:—“Bir gün tarixçilər etdiklərimi kobud kəlimələrlə yazacaqlar və məni xor görəcək,ayıblayacaqlar.Fəqət onlar,quru qəmişi mürəkkəbə batırıb ağıllarına gələni cızma qara edənlər 4 min deyil,4 kərə 100 min deyil,400 min kərə 100 min baldırı çılpağın Türkün bir aşıq sümüyünə dəyməyəcəyini bilsələr və mənim,yanmış Türk kəndləri,payaya vurulmuş türk qadınları,divara mıxlanmış Türk çağaları qarşısında ciyərimin necə paralandığını sezsələr,bir az insaf edərlər və məni pisləməzlər!”..Halbuki türklər Teymuru indi də xor görürlər.Yaxdı,yıxdı,türk qanı tökdü deyirlər.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 20:0030

    Ermənilərin etdikləri isə yadlarına da düşmür.Heç bilmirlər də.Onlar erməniləri yazıq görüb,guya öz aləmlərində humanistlik edirlər.erməni həmişə erməniliyini edib,edir,edəcək.Ən yaxın tarix,Xocalı,xocalıda edilənlər türkə nifrəti göstərir.Doğulan hər uşağa bu nifrət aşılanır..Bəs türklər??Yanlarında ermənilərin etdiklərindən danışanda reaksiyaları adamı əsəbiləşdirir...

    Cavab yaz
    • Anonim
      Nail · 10 Noyabr 18:0700

      Yəgin ki, o Türk dedikləriniz, heç Türk deyil, dönmə Türk çox orda. Təəssüf ki, özlərini Türk kimi qələmə verib, hələ çox pisliklər edəcəklər.

      Cavab yaz
  • Anonim
    Papatya · 9 Noyabr 20:5710

    Tarixde silinməz iz qoyan böyük sərkərdə. Uzuyunde de "qüvvət doğruluqdur" sözü yazıldığını oxumuşdum. Allah rəhmət eləsin. Lənət oxumaq nə heddimize, kaş kokunu qaziyaydi bu qanı pozuq millətin.

    Cavab yaz
  • Anonim
    Alimardan · 9 Noyabr 21:5102

    nə türk türk salmisiz, Teymurleng özbək olub, əkəbala. hetta əsgərlikdə bir dostum özbəklə spor etmisdi. demişdi Teymurleng azərbaycanlı olub, ekebala ise deyir ozbey olub. meni cagirdiki gel bu əkəni bas salki uduzdu. men deyendeki sən uduzdun, Teymur ozbey olub, o inanmadi. dedi ola bilmez, bele cmo milletden Teymurleng cixsin.

    Cavab yaz
    • Anonim
      Jin · 9 Noyabr 23:5830

      Özbəklər türk xalqıdır.

      Cavab yaz
      • Anonim
        Alimardan · 10 Noyabr 07:5000

        bunlar hamisi nisbi seylerdir. Teymurleng sene daha yaxindir yoxsa Orxan Pamuk?

        Cavab yaz
        • Anonim
          Nail · 10 Noyabr 17:4200

          Millətin nisbiliyi olmaz hörmətli Alimardan. İzafi desən bəlkə qəbul edilir. Teymur, Orhan Pamukdan daha Türkdür, hətta Türk oğlu Türkdür. Orhan isə Sabetay köklüdür. Yəni Türkiyəlidi, amma etnik Türk deyil.

          Cavab yaz
  • Anonim
    LA · 10 Noyabr 15:2300

    Hal hazirda lenet yagdiranlar coxdu.Sileydin hec kiminde bele yadina duwmezdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.