Maraqlı

Mopar SEMA üçün maraqlı konsept hazırlayıb - FOTO

7 Dekabr 2019 23:30
0 Şərh     Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mopar atelyesi Las Veqasda keçiriləcək SEMA tüninq-şousunda nümayiş etdirmək üçün hazırladığı Lowliner Concept adlı konseptual pikapı nümayiş etdirib. Pikapda firma kataloqunda mövcud olan seriya və təcrübi komponentlərdən geniş istifadə olunub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni dünyada klassik pikapların tüninqi çox populyardır. Bu səbəbdən də, Mopar yeni layihə üçün müasir modeli deyil, 1968-ci ilin Dodge D200 pikapını götürüb. Tünerlər ilk növbdə modelin ön körpüsünü 76 mm önə çəkərək təkər bazasını genişləndirib, üç rejimə malik olan pnevmatik asqını, ziyarətçilərin 5,9-litrlik Cummins dizelini yaxşı görməsi üçün tamamilə açılan ön hissəni, 6-pilləli mexaniki ötürmələr qutusunu quraşdırıblar.

Lourayderin digər xüsusiyyətləri Ram 1500 modelində götürülmüş yük platformasının qaldırılmış döşəməsi, 60-cı illərin üslubunda olan 22-düymlük təkər diskləri, xarici dekor elementlərinin yoxluğu, LED işıq tenikası, salonun Blazing Saddle Tan dərisi ilə üzlənməsi, orijinal sükan çarxı və alüminium haşiyəli Mopar cihazlarıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.