Maraqlı

Günün qoroskopu: müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da...

6 Noyabr 2019 00:01
25 Şərh     Baxış: 5 796

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da, qarşınıza qoyduğunuz məqsədə çatmağınıza mane olmayacaq. Amma bu da elə asan başa gəlməyəcək. Əlbəttə, bu, sizi qorxutmur və ancaq ruhlandırır, sizin tərəfdaşlarınız və iş ortaqlarınız isə şəraitə başqa cür yanaşırlar. Onlara da dəstək olmağa və ruh yüksəkliyini artırmağa çalışın.
Xəstələnə bilərsiniz, özünüzü gözləyin. Çox işləmək bu gün sizə ziyandır. Günün ikinci yarısına planlaşdırdığınız səfərlər gözlədiyinizdən daha uzun çəkəcək, amma eyni zamanda lazımi nəticəni əldə edə bilməyəcəksiniz.

Buğa - bu gün risk etməyə meyllisiniz. Əlbəttə, bu, çox cəlbedicidir, amma unudursunuz ki, bu, həm də təhlükəli ola bilər. Ehtiyatı nə qədər tez-tez yada salsanız, problemlərinizin sayı bir o qədər az olar. Düzdür, bəzi Buğalar çətinliklərin olmaması səbəbindən darıxa da bilərlər: hansısa maneəni dəf etmək həvəsi çox güclüdür.
Şəxsi münasibətlərdə yenilik istəyi güclənir, siz çılğın ehtiras, parlaq emosiyalar axtarırsınız. Bir çox Buğalar qeyri-müəyyən istəkləri səbəbindən düşünülməmiş hərəkətlər edirlər. Sonra peşman olmaq ehtimalı isə çox böyükdür.

Əkizlər - nə ilə məşğul olursunuz olun, amma bircə tələsməyin, çox xırda, amma böyük və xoşagəlməz nəticələri olan səhvlər edə bilərsiniz. Bundan başqa, pis təsir altına düşə bilərsiniz. Nəyə nail olmaq istədiyiniz barədə tez-tez özünüzə sual verin.
Çox maraqlıdır ki, sizi heç tanımayan bir insanla daha tez dil tapırsınız, nəinki yaxınlarınızla. Amma havayı yerə ümidlənməyin: söhbət əsl ahəngdarlıqdan deyil, təsadüfi anlaşmadan, əhval-ruhiyyənin üst-üstə düşməsindən gedir.

Xərçəng - bu, sizin gününüzdür. Əlinizə düşən imkandan istifadə edərək hansısa vacib və mürəkkəb bir layihənin üzərində işləməyə başlaya bilərsiniz: öhdəsindən gəlmək asan olacaq. Öz rəhbərliyiniz və yaxuld dövlət təşkilatlarının nümayəndələri bu gün sizdən dəstəklərini əsirgəmirlər və işlərinizin çoxu da ona görə alınır ki, işiniz düşən insanların sizə rəğbəti var.
Şəxsi həyatınızda yaxşıya doğru xeyli dəyişikliklər mümkündür. Tənhalar axşam qonaqlığa dəvət aldıqları, yaxud da bir ziyafətdə iştirak etdikləri təqdirdə orada maraqlı biri ilə tanış olmaq imkanı qazanacaqlar.

Şir - həm özünüzlə, həm ətrafınızla barışmısınız, bu isə bir çox problemlərin həllini asanlaşdırır. Çox maraqlı işgüzar təkliflər almağınız mümkündür, onları uzun müddət düşünmədən qəbul edə bilərsiniz. Ezamiyyətə yollanmaq olar, əcnəbi iş ortaqları ilə danışıqlar əla keçəcək.
Təşkilati bacarıqlarınız artıb. Əgər dostlarınız üçün bayram, ailə şənliyi, yaxud qeyri-adi romantik görüş hazırlamaq lazımdırsa, özünüzü irəli verin: hər şey əla alınacaq. Masaj salonuna baş çəkib istirahət etmək məsləhətdir.

Qız - bəxtiniz gətirmir. Başladığınız işlər, gözlədiyinizin əksinə olaraq mürəkkəbləşir, bir çox vacib məsələlərin həlli qeyri-müəyyən müddətədək təxirə düşür. Rəhbərliklə fikir ayrılıqları mümkündür. Bəzi "bəxtiqara" Qızlar isə iş yerlərini dəyişmək barədə fikirləşməli olacaqlar.
Yaxınlarınızla münasibətləriniz isə əladır. Evdə sizi anlayır və dəstəkləyirlər. Hətta yaxşı heç nə gözləmədiyiniz insanlar da bu gün gözlənilmədən sizin tərəfinizə keçəcəklər. Amma əslində, bu barədə bir qədər fikirləşsəniz, yaxşı olar: bu adamların niyyəti nədir?

Tərəzi - enerjiniz bir qədər azdır, tez yorulursunuz. Odur ki, vacib və təcili işlərinizi günün birinci yarısına planlaşdırın. Görüşlər üçünsə axşam daha məsləhətlidir, bu dövrdə hətta sizi tanımaq belə istəməyən şəxslərlə dil tapıb razılığa gələ bilərsiniz.
Yaxınlarınızla fikir ayrılıqları mümkündür, ehtimal ki, dəyərsiz xırdalıqlara görə dava-dalaş edəsiniz. Təəssüf ki, yumor hissiniz bu gün kütləşib, söhbəti zarafata çevirmək alınmır.

Əqrəb - yaxşı olar ki, bu günə heç bir vacib iş planlaşdırmayasınız. Bu gün ulduzlar sizi dəstəkləmir və yalnız öz gücünüzə arxalanmalı olacaqsınız. Həmkarlarınızla fikir ayrılıqları, rəhbərliklə mübahisələr ola bilər. Ağzınızdan çıxanı "bişirin": tikanlı sözlərinizin və ya yersiz zarafatınızın nəticələri barədə fikirləşmirsiniz.  
Qohumlarınızla birmənalı yanaşmadığınız bir məsələni müzakirə etməli olacaqsınız. Sizin ünvanınıza ciddi tənqid səslənir. Amma rəyi sizin üçün çox əhəmiyyətli olan insan sizin tərəfinizdə olacaq.

Oxatan - istənilən danışıqlar bu gün rahat keçir. Heç sevmədiyiniz insanlarla ünsiyyət, nə qədər qəribə olsa da, adəti üzrə olduğu kimi xoşagəlməz deyil, əksinə faydalıdır. Yaradıcı planlarınızı həyata keçirməyə başlaya bilərsiniz. Təhsil alanları humanitar fənlər üzrə böyük uğurlar gözləyir.
Yaxınlarınız sizin ardınızca çatdırmırlar, artıq həll edilmiş saydığınız məsələlərə dəfələrlə qayıtmalı olursunuz. Bir çox Buğaları bu, həddən artıq qıcıqlandıracaq. Şəxsi münasibətlərdə bundan savayı problem yaşamayacaqsınız. Uşaqlarla da asan dil tapacaqsınız.

Oğlaq - bəxtiniz gətirir, həm də çox. Uzun müddət gücünüzün yetmədiyi işlərin öhdəsindən bu gün asanlıqla gəlirsiniz. Üstəlik, həyatsevərliyiniz və entuziazmınız "yoluxucudur", bu isə o deməkdir ki, tezliklə yanınızda özünü sizdən ötrü fəda etməyə hazır insanlar peyda olacaqlar.
Evdəki dəyişikliklər üçün də uğurlu gündür. Mənzili təpəsiaşağı çevirmək lazım deyil, mebellərin yerini azacıq dəyişsəniz, yenilik əhvalını həmən hiss edəcəksiniz. Alış-veriş üçün də uğurlu gündür.

Dolça - hadisələrin gedişi bir qədər ləngiyir, bu isə sizi heç də sevindirmir, axı tezliklə qələbənizi bayram etməyi planlaşdırırdınız. Bir az səbr edin. Şəraiti "sındırmağa", qəfil dəyişdirməyə cəhd göstərməyin, çalışın, hətta bəzi şeyləri qurban verməli olsanız da, situasiyaya uyğunlaşasınız. İstənilən qəti hərəkət və ətrafınızdakılara təzyiq göstərmək qətiyyən məsləhət deyil.
Maliyyə vəziyyətiniz pis deyil, pul və qiymətli hədiyyələr ala bilərsiniz. Bir çox Dolçalar iri əşyalar alacaqlar.
 
Balıqlar - uğurlu gündür, enerjiniz, özünüzə inamınız, qətiyyətiniz çoxdur. Bunun sayəsində yığılıb qalan problemləri həll etmək, sizə qarşı olan qüvvələrə qarşı (bunlar günün ortasında daha da güclənəcək) vuruşmaq asan olur. Səhhətinizlə bağlı və kosmetoloji prosedurlar faydalı olacaq. Əgər bu gün qayğınıza qala bilsəniz, uzun müddət özünüzü yaxşı hiss edəcəksiniz.
Günün ikinci yarısı isə vəziyyət dəyişəcək. Yaxınlarınızla ümumi dil tapmaq çətinləşəcək, hətta həmişə əla anlaşdığınız birilərilə mübahisə etməniz mümkündür. Ancaq intuisiyanızın köməyilə bu çətin situasiyadan çıxa, münaqişələrdən qaça bilərsiniz.  

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Zyuma · 6 Noyabr 00:1911

    SENİ men deyil gözlerim sevmişdi...Getdin...ve onları ömürlük aglamaga mehkum etdin... Mene ne.. qoy ağlasınlar.. Sevmeyeydiler...!

    Cavab yaz
  • Anonim
    sevda · 6 Noyabr 01:2610

    bir yuxuya birde burce inaniram hər ikisde gərçək olur görəsən kimlə aram soyuyacaq

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 6 Noyabr 10:0722

      Sabahnlz xeyr olsun can ciyerler

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 6 Noyabr 10:0823

      Zyuma ve Sevda ilk Like menden sizlere geldi

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 11:0424

        Sabahin xeyir olsun Harlnpasa.

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 6 Noyabr 12:2601

          Sabahln xeyr prensesss necesen

          Cavab yaz
  • Anonim
    Zyuma · 6 Noyabr 10:3320

    Teşekkürler Harunpaşa...Her vaxtınız xeyir olsun..!

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 6 Noyabr 12:2711

      Sizinde her vaxtlnlz xeyr Zyuma xanlm

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:4495

    Ditdiiiiiiiii:)) Men geldimmmm Xoş geldim.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:44115

    Salam canim dostlarim ve canim Majestelerim.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 6 Noyabr 12:2712

      Xos geldiniz can ciyer

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:46106

    Letife -Bir gün muellim deyir : Mene suda yasayan 5 heyvan adi deyin .Mamed durub deyir : Müellim Baliğ.Müellim deyir Mamed bes 4-üüü qaldi.Mamed deyir : Baliqin mamasi ,papasi , bacisi ve qardasi oldu 5 :)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:47106

    Gulmeli statuslar-Telefon öz sahibine deyir:Vaxtun olanda bir az yat mende yaziqam senin elleründen bir az dincelimmm :))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:48106

    Bir oqlan coxx eybecer bir qiz qacirdir Qohum eqreba yiqiisib deyirler : Vayyy bu nedi qacirtmisan kor idun gormurdun Oqlan deyir bunu mende indi görurem telefonunda mene atdiqi sekle baxdim vuruldum ha ha ha )))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:49105

    Gulmeli status-Usaq vaxti bize qonaq gelende gecib o biri otaqda Allaha yalvarirdim az yesinler , tez getsinler Mende cumum sufreye ne var basisdirim yeyim ha ha ha )))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:51105

    Bir gün gece saat 2-3 olur Mamed gelib cixmir Arvadi heyecanla anasina zeng vurub deyir: Anaa, Mamed gelmedi birden basqa arvad yanina geder.. Anasi deyir: Qizim niye pis pis şeyler fikirlesirsen Belke elə yolda mashin vurub öldürüb ha ha ha :)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:52106

    Oqlan sevgilisine deyir: Sen menim adimi telefonunda nece yazmisan ? Qiz deyir: Heyatimin menasi. bes sen nece yazmisan ? Oqlan deyir : Qəssab Qəzənfər ha ha ha )))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 10:53106

    Bir az da axsam yazaram Umarim kefinizi bir az da olsa acdimmm )))Majestelerimmmm gözelller gözeli hava varrrr)))

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 6 Noyabr 12:2913

      Super prensessss bir xeylem guldum

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 21:1410

        Allah her zeman güldürsün sevindirsin.Harlnpasa.

        Cavab yaz
    • Anonim
      Zyuma · 6 Noyabr 14:5421

      Yadımdan cıxdıgın bir günümde yox...Başqa birisine ümüdümde yox..Azacıq teperim dözümümde yox...Men SENSİZ yaşaya bilmirem daha..Bu SEVDA açılmaz sirrdi menim ücün...Qedem basdıgın yer PİRdi menimcün..SENSİZLİK ya ÖLÜM birdi menimcün...Men SENSİZ yaşaya bilmirem daha...! ???

      Cavab yaz
  • Anonim
    İlqar · 6 Noyabr 11:4044

    Salam Elza x.doğurdan da keyfimi açdın, səhərdən bikef idim. Təşəkkürlər....!

    Cavab yaz
  • Anonim
    İlqar · 6 Noyabr 11:4134

    Bağışlayın, Esra x. yazmaqdan Elza x. yazmışam...)))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 11:5244

      Allah baqislasin ve keyfin her zaman acilsin Hec zaman bikef olmayasan !

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.