Maraqlı

Günün qoroskopu: bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq

2 Noyabr 2019 00:01
19 Şərh     Baxış: 4 943

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - möhtəşəm gün sayılmaz, amma cari məsələlərin həlli, şəxsi həyatın qaydaya salınması üçün münasibdir. Başqalarının da işinə əncam çəkə bilərsiniz: ətrafınızdakılara böyük yardım etmək, həmçinin onlara xoş təsir bağışlamaq imkanınız var.
Risk etmək, oyun oynamaq, ekstremal idman növləri ilə məşğul olmaq məsləhət deyil. Əgər sükan arxasındasınızsa, günün ikinci yarısı çox ehtiyatlı olun. Əl işləri, mətbəxdə eksperimentlər - ümumiyyətlə, "qadın" işləri, mənəvi rahatlıq tapmanıza yardımçı olacaq.

Buğa - çox xoş gündür. Ürəyiniz yatan işlə məşğul olun: uğur qazanacaqsınız. Kommersiya fəaliyyətində, üstəlik sizinçün tamamilə yeni olan bir sahədə bəxtiniz gətirə bilər. Sizin istedadlarınız və şəxsi keyfiyyətlərinizlə qürur duyanların sayı artır. Yeni bir eşq macərasının başlanması mümkündür.
Bu gün yaranan məsələlərin üstündə çox baş sındırmayacaqsınız. İntuisiyanız çox güclüdür və düzgün cavabları sizə vaxtında deyir. Uşaqlarla ünsiyyət faydalı olacaq.

Əkizlər - bu gün sizin üçün çətin və yorucu olacaq. İşləriniz çoxdur, birini atıb, o birini görməli olursunuz. Diqqətinizi cəmləmək çətindir. Ancaq siz mənfi tendensiyaların təzyiqinə müqavimət göstərirsiniz. Afərin! Günün sonunadək işləriniz düzələcək.
Alış-verişə çıxa bilərsiniz, amma yalnız sizə gərəkli əşyaları alın. Şoppinqdən əhvalınızı qaldırmaq vasitəsi kimi istifadə etməyin. Təmaslarınızı məhdudlaşdırın, kim xoşunuza gəlirsə, yalnız onunla ünsiyyət saxlayın.

Xərçəng - həftə gözəl bir günlə başlayır. Şəxsi həyatınızı qura, işdə əla nəticələrə nail ola, dünyagörüşünüzü genişləndirə və özünüz üçün yeni imkanlar yarada bilərsiniz. Biznesə pul qoya bilərsiniz, bu, sizdə çox yaxşı alınır.  
Gün işgüzar görüşlər üçün əladır. Siz ən qaraqabaq, şıltaq və niyyətləri bəlli olmayan biriylə də razılaşma əldə edə bilərsiniz. Çoxdankı problemlərinizi həll edir, mübahisələrə son qoyan güzəştli variantlar tapırsınız.

Şir - müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Şirlər yeni, əla işçilər tapacaqlar.

Müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.

Qız - ciddi problemləriniz olmasa da, bu gün xoşunuza gəlməyəcək. Mübahisə və fikir ayrılıqları həddən artıq çoxdur. Bəzən kimin haqlı, kimin haqsız olduğuna qərar verməkdə çətinlik çəkəcəksiniz. Baş verənlərə çox sərt reaksiya verirsiniz. Hətta olanları götür-qoy etmək üçün özünüzə vaxt da vermirsiniz. Bir qədər tempi azaltsanız, işləri düzəldə bilərsiniz.
Dostlarınız və qohumlarınızla münaqişələr mümkündür. Öz mövqeyinizi, nöqteyi-nəzərinizi elə qızğın müdafiə edirsiniz ki, həmsöhbətlərinizin nə dediyini eşitmirsiniz. Amma hələlik hər şeyi zarafata çevirmək şansınız var.

Tərəzi - neytral gündür. Siz tələsməməlisiniz. Azacıq tələssəniz, işləri tamamilə və uzun müddətə korlaya bilərsiniz. Tərəfdaşlarınızla münaqişələr mümkündür. Elə bir səhv edə bilərsiniz ki, sizə kömək və himayə vəd etmiş adam sizdən üz döndərə bilər. Maliyyə vəziyyətiniz yaxşıdır, əlinizə pul gələcək.
Orqanizminizi çətinə salmasanız, səhhətinizdən şikayətiniz olmayacaq. İfrata yol verməyin, sağlam qidalardan istifadə edin.

Əqrəb - bu gün sizin üçün uğurludur. Həmçinin o, yaxşı bir mərhələnin başlanğıcıdır. Siz yaxşı nəticələr əldə edə bilərsiniz, hər şey sizin zəhmətsevərliyiniz və entuziazmınızdan asılıdır. Maraqlı iş təklifləri almağınız mümkündür. Ola bilsin ki, fəaliyyət sahənizi tamamilə dəyişəsiniz. Doğrudan da, diqqətinizi çəkəcək bir iş tapa bilərsiniz.
Enerjiniz çoxdur, bu, həm səhhətinizdə, həm də əhvalınızda özünü göstərəcək. Hətta günün ortasında yaranan xırda çətinliklər də qanınızı qaraltmayacaq.

Oxatan - adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.
Yaxınlarınızla ümumi dil tapmaq həmişə asan olmur. Ancaq mübahisə etməyə də ərinirsiniz, bu səbəbdən münasibətlərdə sülhü qoruyub saxlamaq olur. Bəzi ailəvi planları təxirə salmaq lazım gəlsə də, kimsə bundan şikayət etməyəcək.

Oğlaq - özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Oğlaqlar üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından, nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.
Həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. İdeyalarınız pis deyil, onlardan ən yaxşısını seçin. Çünki hamısına vaxtınız çatmayacaq. Enerjiniz çoxdur, gün ərzində bir dəqiqə də olsun boş vaxt tapmasanız da, yorğunluq hiss etməyəcəksiniz.

Dolça - bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq. Birincisi, onlar çoxdur, ikincisi isə hər yerdədir. Amma Dolçaları belə çətinliklər qorxutmur. Günortaya yaxın nəyisə kökündən dəyişmək, qəti qərarlar vermək lazım olduğunu anlayacaqsınız, bundan sonra isə işləriniz düzələcək.
Yaxınlarınızla ünsiyyətdə çox diqqətli və ehtiyatlı olun. Ağzınızdan çıxan sözlərə nəzarət edin, sərt iradlardan çəkinin. Mübahisədən qaça bilərsiniz, amma çox zəhmət çəkməli olacaqsınız. Axşam güclü yorğunluq, boşluq hiss edə bilərsiniz. Yuxulamaqda da çətinliyiniz ola bilər.
 
Balıqlar - nəhayət ki, uzun müddət müxtəlif vacib səbəblərdən təxirə saldığınız işlərlə məşğul ola bilərsiniz. Özünüzü təsdiq etməyiniz üçün heç bir maneə yoxdur. Yaradıcı Balıqlar ilhamlarının azlığından şikayətlənməyəcəklər. Ən adi məsələləri elə orijinal üsullarla həll edirsiniz ki, ətrafınızdakıların ağzı açıq qalır.
Yeni tanışlıqlar üçün gün münasib deyil. Ünsiyyət dairənizi çoxdan tanıdığınız və sevdiyiniz insanlarla məhdudlaşdırın. Bundan başqa, uzunmüddətli səfərlər və səyahətlər də məsləhət deyil: bunlar sizə sevinc bəxş etməyəcək, yoracaq.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 2 Noyabr 00:02110

    Bu günkü xoş günümüz üçün Allahıma min şükür

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Noyabr 08:4920

      Şükür canimmmm Allah xoş günlerden bizi eksik etmesin daima xos günlerimiz olsun

      Cavab yaz
  • Anonim
    Zyuma · 2 Noyabr 00:1831

    Ayriliq adinda bir dunya var..Dunyalarin en boyuyu..Hesretdir gunewi.. Hıcrandir ulduzlari..Burda duzlu-duzlu yagiwlar yagir..birda yalqizliq kuleyi esir. Mehebbet yaradib bu dunyani..Sevenlerdir sakini...Gunleri wirin..aci...Hec neyin gucu catmir...VUSALdir elaci..VUSAL...

    Cavab yaz
  • Anonim
    Zyuma · 2 Noyabr 00:3611

    Her kesin ureyinde bir mehebbet dunyasi var..Ureyine gireydim...Kaw ki dunyan olaydim...Onun Komi doyunub,onun kimi vuraydim...Kaw ki xeyal olaydim,gozlerinin onunde butun heyatim boyu heykel kimi duraydim..Kaw gozlerin olaydim...Senin kimi baxaydim..Kaw ki goz yawin olub gozlerinden axaydim...Sevdiyin negme olub dilinde oxunaydim...Kaw ki beynin olaydim..Senin kimi duwunub..senin kimi duyaydim..Kaw ki geceler boyu wirin royan olaydim...Kaw baxiwin olaydim..Kaw nefesin olaydim..Nefes yolundan kecib ciyerine dolaydim..Kaw ki saat olaydim..Seni Menden ayiran zamani durduraydim..!Insanin ureyinde Ferqli hisler yawayir..Kaw hisslerin olaydim..nifretide kinide..sonsuz mehebbetide SENIN kimi duyaydim!!!....

    Cavab yaz
    • Anonim
      Zyumaya · 2 Noyabr 12:5510

      Əllərinizə sağlıq.dönə dönə oxuyub xəyala dalıram.elə bil həyatımı yazmısız....hətta fikrimi belə yazmaqda çətinlik çəkirəm....gözlərim hər zaman onu axtarır...heç olmasa bir işarə,bir yazı....düşünürəm bütün həyatım boyu onu axtaracam....bağışlayın ...kimlərisə hisslərimlə yorduğuma görə...sayğılarla ALEKS@

      Cavab yaz
      • Anonim
        Dorudane · 2 Noyabr 14:1620

        Goresen Tovuzlu Seva niye yazmır daha?

        Cavab yaz
      • Anonim
        Alekse. · 2 Noyabr 14:2920

        Aleks bey men deyerdim eyni hissleri yawayiriq ((( Qurban olum Allaha belkede bele sinaga cekir bizi....sizde Tanyirsiz meni sadece adimi ozum yazmadim her zaman da sizin werhlernizi seve seve oxyuram...sadece indi uzaqlawmiwam sayitdan biraz....:)yazmiram:)

        Cavab yaz
  • Anonim
    Zyuma · 2 Noyabr 00:4812

    OYUN BITDI...SEVILDIYINI GORDUN!!! INDI. UNUDULDUGUNU IZLE...!!!

    Cavab yaz
  • Anonim
    ahh · 2 Noyabr 01:5611

    Yazıram ahh

    Cavab yaz
  • Anonim
    ahh · 2 Noyabr 01:5621

    Yaniram ahh

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Noyabr 09:3442

      Niyəəə?? Ahun daqlara.

      Cavab yaz
  • Anonim
    Harlnpasa · 2 Noyabr 06:2600

    Sabahlarlnlz xeyirli ugurlu olsun can ciyerler

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Noyabr 08:5010

      Sabahin xeyir olsun can-ciyer Harlnpasa.

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 2 Noyabr 08:3020

    Sabahın xeyir harun bəy necəsən

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Noyabr 08:4867

    Ditdiiiiiiiiiii:)))Mən gəldimmm

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Noyabr 08:4830

    Sabahiniz xeyir olsun

    Cavab yaz
  • Anonim
    Zyuma · 2 Noyabr 13:1810

    Aleks cox sag olun.. oxuyan gozlerinizin nuru eskilmesin...Esil sevgi yawayanlar hec vaxt sevgisine qovuwmur..Cun bu sevgiler ilahi sevgi olur... ALLAH her kese kömek olsun..Bu gözel hisleri ureyimizden eskik etmesin...

    Cavab yaz
    • Anonim
      Zyumaya · 2 Noyabr 14:3110

      Zyuma sizede cox sag olun deyrem eziz insan cox gozel yazirsiz her gun yazmasamda Like gelir menen:)

      Cavab yaz
  • Anonim
    Zyuma · 2 Noyabr 15:5010

    Cox sağ olun canım...Heyat o qeder mürekkebidir ki, bezen bu ezablı..keşmekeşi yollarda itirirsen özünü .. Kimesede derdini danışa bilmeyende lap başını ittirirsen.. Bele bir anda bu saytlar kömeyimize çatır ureyimizi boşaltmak ucun..Anlayışlı insanlar başa duşur seni.. daş urekliler ise ..eh..ne deyim??? Her kesin bir düşünce terzi var...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.