Maraqlı

Rusiya Suriyada nə istəyirdi, nə əldə etdi?

19 Oktyabr 2019 20:35
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın son 30 ildə keçmiş Sovet İttifaqından kənarda ilk hərbi əməliyyatı olan Suriya müharibəsinə müdaxiləsinin sentyabrın 30-u dörd ili tamam olub. Ruslar dörd il əvvəl nə istəyirdilər və bu müddət ərzində nəyə nail olublar?

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, "Medya Günlüğü" qəzetinin köşə yazarı Cenk Başlamış bu suallara aydınlıq gətirir.

1. 2014-cü ilin başlanğıcında Krımı ilhaq edən Rusiya Ukraynadakı separatçıları da dəstəklədikdən sonra Qərb iqtisadi sanksiyalar tətbiq edib. Bundan başqa, neft qiymətlərinin kəskin ucuzlaşması ölkəni son 20 ilin ən ağır iqtisadi böhranına sürükləyib və Rusiyada hökumət əleyhinə çıxışlardan ehtiyat etməyə başlayıblar. Suriya əməliyyatının əsas səbəblərindən biri ictimaiyyətin diqqətini ölkədəki iqtisadi problemlərdən uzaqlaşdırmaq olub.

2. Rusiya əməliyyatın gedişatında "Suriyada Qərbin köməyinə gələn ölkə" kimi çıxış etmək və bunun sayəsində sanksiyaların ləğvinə nail olmaq istəyirdi. Moskva bu sahədə uğurlu ola bilmədi, sanksiyalar hələ də davam edir.

3. Moskva qərb və əlbəttə ki, rus ictimaiyyətinə göstərmək istəyirdi ki, Rusiya "ordan-ora atılacaq" ölkə deyil və onunla mütləq hesablaşmaq lazımdır. Bu məsələdə Rusiya məqsədinə nail olub və Suriyada hakimiyyəti əlində saxlamaqla bunu sübut edib.

4. 2000-ci illərin ortalarında Ukrayna, Gürcüstan və Qırğızıstanda yaşanan, rusların qısaca "rengli inqilablar" adını verdiyi, hökumətin devrilməsinə gətirib çıxaran xalq hərəkatları, ardınca 2010-cu ildə başlayan "ərəb baharı" Rusiya rəhbərliyinin narahatlığına və "Növbə bizə də çatacaq?" deyə soruşmasına səbəb olub. Üsyanlar Moskvanın həmin vaxt regiondakı yeganə müttəfiqi olan Suriyaya sıçraması "son qalanın" məğlub olması anlamına gələcəkdi. Ruslar inanırdılar ki, Suriyadan sonra növbə əvvəlcə İrana, ardınca onlara çatacaq.

Krımın ilhaqı, Ukrayna vətəndaş müharibəsinə və Suriya kampaniyasına müdaxilə hər nə qədər yaxşı hesablanmış həmlə təsiri baxışlasa da, əslində bir növ müdafiə refleksi olub. Divara dirənən ruslar bu addımları Qərb tərəfindən əhatə olunma panikası və qorxusu qarşısında atıblar. Dolayısıyla, bu üç həmlənin pərdə arxasında "müdafiə divarı"nı mümkün olduğu qədər sərhədlərdən uzaqda inşa etmə ideyası dayanıb. Moskvanın bu planı da ən azından hələlik həyata keçmiş kimi görünür.

5. 24 noyabr 2015-ci ildə yaşanan "təyyarə böhranı" Rusiyaya Türkiyəni Suriyada neytrallaşdırmağa imkan verib, ardınca Moskva Ankaranı öz tərəfinə çəkməyi bacarıb.

6. Rusiya Suriyadakı əməliyyatın köməyi ilə Putinə "güclü lider" imici yaratmaqla, onun həm ölkə daxilində, həm xaricdə reytinqini qaldırmaq məqsədi güdüb. Rusların bu planı da həyata keçib və Putin beynəlxalq arenada öz mövqeyini möhkəmlədib.

Qısacası, Rusiya dörd il əvvəl qarşısına məqsəd qoyduğu bütün hədəflərə çatıb. Rusiya Aralıq dənizi və Yaxın Şərqə geri dönməklə yanaşı, silahlarını yaxşıca reklam edib. "Ürəyi istədiyi yerə girən" ABŞ-dan fərqli olaraq Rusiya Suriya administrasiyasının "dəvəti" ilə ölkədəki hərbi iştirakını legitimləşdirib, İranı və onunla əlaqəli qüvvələrdən istifadə edərək əməliyyatın vura biləcəyi zərəri minimallaşdırıb. Qıvraq və praqmatik rus diplomatiyası beynəlxalq arenada xal toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.