Kriminal

Daha bir tiktoker həbs edildi

27 Dekabr 2024 15:22
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Milli.Az xəbər verir ki, Əsgər Səməndər oğlu Əlizadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün, həmçinin Yasamal Rayon Məhkəməsinin qərarı ilə "TikTok" sosial şəbəkəsində şairə kimi tanınan İlhamə Elşadqızı barəsində də eyni maddə üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.