Hadisə

Qəzada həlak olan bələdçi uçuşdan öncə dostuna mesaj göndərib

27 Dekabr 2024 16:45
Baxış: 1 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzada həlak olan "Ural Hava Yolları"nın bələdçisi Ramin Ağayevin dostu onun son söhbətini və arzularını ictimaiyyətlə bölüşüb.

Milli.Az xəbər verir ki, Raminin uşaqlıq dostu "aif.ru" saytına bildirib ki, son danışığı zamanı Ramin ona təyyarə biletlərini göndərdiyini deyib:

"Biletləri mənə göndərdi ki, itirməsin. İşə başlamaq üçün uçuşdan sonra geri qayıtmalı idi".

O , həmçinin Ramin aviasiya sahəsində çalışmağı arzuladığını deyib: "Hər zaman bu sahədə özünü sınamaq istəyirdi. Təəssüf ki, göy onu özü ilə apardı".

Bundan əlavə, Ramin vokal ilə də maraqlanır və öz mahnılarını yazırdı. O, uşaqlıqdan çox ünsiyyətcil biri olub və geniş dost çevrəsinə malik idi. Hadisə ilə bağlı öncə Raminin sağ olduğu bildirilmişdi, lakin sonradan onun həyatda olmadığı təsdiqlənib. O, Vyatsk Dövlət Universiteti onun tələbəsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.