Türkiyə

Narin Güran işi: Qonşusu vacib detalları açıqladı

28 Dekabr 2024 08:59
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir bölgəsində törədilən və bütün ölkəni şoka salan səkkiz yaşlı Narin Güranın qətli ilə bağlı cinayət işinin məhkəməsinin 2-ci günündə çıxışı edən həbs olunan müttəhim Nevzat Bahtiyar Narini öldürmədiyini, sadəcə onun cəsədini daşıdığını iddia edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində baxılan işdə cəsədi daşıdığı məlum olan əmisi Selim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və qonşusu Nevzat Bahtiyarın məhkəməsi davam edib. Məhkəmədə təəccüblü özünümüdafiə nitqi ilə çıxış edən Nevzat Bahtiyar günahını etiraf etsə də, Narini öldürmədiyini, yalnız onun cəsədini daşıdığını iddia edib.

"Mən Narini qətiyyən öldürməmişəm, sadəcə daşımışam. Onu daşımaq üçün cəzam nədirsə, onu qəbul etməyə hazıram. Selim əlləri ilə cəsədi mənə verdi, indi də üzünə deyirəm. O, mənə işarə edərək dedi: "Bunu parça-parça edib yox elə". Mən bunu inkar etmirəm. Daşıdığım üçün cəzam nə olursa olsun, razıyam. Onlar da bunu qəbul etməlidirlər. İndi bütün günahı mənim üzərimə atırlar", - Bahtiyar müdafiə çıxışında bildirib.

Təqsirləndirilən Bahtiyar əvvəllər susduğunu və müxtəlif səbəblərdən, xüsusən də ailəsinin təhlükəsizliyi üçün yalan danışmalı olduğunu, indi isə həqiqəti söyləməyə qərar verdiyini bildirib.

"Susmaram, ailəm təhlükəsizlikdə olmadığı üçün susdum. Ailəm mənimlə görüşmək üçün həbsxanaya gəldi və təhlükəsiz vəziyyət yarandı. Polis və jandarma onların təhlükəsizliyinə təminat verdi. Dedilər ki, nə gördünsə deyəcəksən. "Yaxşı" dedim. Prokurorluğa gedib hər şeyi izah etdim", - deyən Bahtiyar günahını boynuna aldığını, lakin qətli törətmədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.