"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti nüfuzlu "Globe Soccer" mükafatını qazanaraq ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Milli.az xəbər verir ki, Ançelotti bu mükafata digər namizədlər - Xabi Alonso ("Bayer"), Mikel Arteta ("Arsenal"), Luis de la Fuente (İspaniya yığması), Jan Pyero Qasperini ("Atalanta"), Xosep Qvardiola ("Mançester Siti") və Simone İnzagini ("İnter") qabaqlayaraq sahib çıxıb.
Qeyd edək ki, Karlo Ançelottinin rəhbərliyi altında "Real Madrid" bu il Çempionlar Liqası, La Liqa, İspaniya Superkuboku, Superkubok və Qitələrarası Kuboku qazanıb. Hazırda Madrid təmsilçisi İspaniya çempionatının turnir cədvəlində 40 xalla 2-ci yerdə qərarlaşıb.
Fidan
Milil.Az