Siyasət

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqlədi

27 Dekabr 2024 16:04
Baxış: 370

Prezident İlham Əliyev "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" 7 may 2024-cü tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.

Milli.Az xəbər verir ki, dəyişikliklər Torpaq Məcəlləsini, "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" qanunları əhatə edib.

Dəyişikliklərə görə, Xəzərin Azərbaycana aid hissəsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri, həmin torpaq sahələri üzərində hüquqların yaranması ilə bağlı münasibətlər "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunla tənzimlənir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.