AZAL-a məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.
Milli.Az xəbər verir ki, onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
R.Filiyev ailəli idi, 10 aylıq oğlu var.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15-i Balakən rayon sakini olub, onlardan 10-u qəza zamanı həyatını itirib. /Report
Milli.Az