Maraqlı

Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

17 Oktyabr 2019 21:25
3 Şərh     Baxış: 818

Hər il yüz minlərlə insan xəstəlik və ya qəza səbəbindən qan tapa bilmədikləri üçün həyatını itirir. Mütəxəssislər hər zaman mövzu ilə əlaqədar çox sayda insanı məlumatlandırmağa çalışırlar. Qan vermək, xəstə və çətin vəziyyətlərdə olan insanlara kömək etməklə yanaşı, bədənə də faydalıdır.

Bəs qan verməyin nə kimi faydaları var? Qanvermə insan orqanizmi üçün çox vacib və faydalıdır. Gündəlik həyata heç bir zərər vermədən qan bağışlanması infarkt keçirmə ehtimalını 90 faiz azaldır. Baş ağrıları, stres və yüksək təzyiq üçün yaxşı bilinən qan hədiyyəsi, bu xəstəliklərin balanslaşdırılmasında mühüm rol oynayır. Qan verdiyiniz zaman bədəninizdəki qan hüceyrələri yenilənir, bu da sizi daha sağlam və güclü edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qan vermənin aşağıdakı faydaları vardır:

-Baş ağrısı üçün yaxşıdır

-Stress kimi xəstəliklərin həlli

-Yüksək qan təzyiqi üçün yaxşıdır

-Qanda yüksək yağ tərkibini azaldır

-Sümük iliyi yağının qarşısını alır

-Qan vermək bədəni mütəmadi olaraq təravətləndirir

-Qan verildikdə, qan istehsal edən orqanlar stimullaşdırılır
 

Kimlər qan verə bilər?
18 - 65 yaşları arasında olan hər sağlam insan qan verə bilər. Kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Çəkisi 50 kiloqramdan çox olan hər kəs qan verə bilər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır.
 
Kimlər qan verə bilməz?
-Hepatit B - heç bir zaman qan verə bilməzlər. Hepatit C - heç bir zaman qan verə bilməzlər. AIDS - heç bir zaman qan verə bilməzlər.

-Malyariya - müalicə olunandan 3 il sonra qan verə bilərlər.

-Vərəm - müalicə olunandan 5 il sonra qan verə bilərlər.

-Hamilələr qan verə bilməzlər.

-Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər.

-Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər.

- Bronxit-xroniki xəstələr qan verə bilməz. Epilepsiya xəstələri qan verə bilməzlər.

-Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan hədiyyəsi edilməz.

-Diabet qanda şəkərin miqdarı normal olan halda qan verə bilər.

-Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməz.

-Astma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər.

-Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Tənqidçi · 17 Oktyabr 22:1430

    And olsun bizi yaradan ALLAHA şahidi olmuşam eytiyacı olan xəstəyə qanı satırlar.....gedin xəstəxanaya baxın qanı xəstəyə neçəyə satırlar...sən öz qanıvı təmannasız verirsən xəstəxanaya və sənin qanıvı pulnan xəstəyə satırlar...

    Cavab yaz
    • Anonim
      Ulya · 18 Oktyabr 03:1800

      Aşura günü Əjdər bəy məsçidində şahidi oldum belə bir hadisənin...

      Cavab yaz
  • Anonim
    Ulya · 18 Oktyabr 03:1900

    Qan təzyiqi aşağı olan vətəndaşlar da qan verə bilməz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.