"Sümüklər kilsəsi"ndə turistlərin şelfi çəkməsi qadağan edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çexiyanın Kutná Hora qəsəbəsində yerləşən "Sedlec Ossuary" ("Müqəddəslər məzarlığı") qotik qəbiristanlıq kilsəsində turistlərə şelfi çəkmək qadağan edilib. Məsələ ondadır ki, 60 min skeletin qalıqlarından istifadə olunaraq müdhiş bir ekspozisiyanın yaradıldığı və xalq arasında "Sümüklər kilsəsi" də adlanan bu məkana turist axını zamanı həmin insan kəllə və sümükləri şelfi çəkənlər tərəfindən zədələnir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxt Praqadan 72 kilometr məsafədə yerləşən qəsəbənin bu kilsəsi qeyri-ənənəvi dekorasiyası sayəsində on minlərlə turistin axınına uğrayır. Kilsənin girişindəki xaçdan tutmuş onun ibadət yerinədək hər bir hissəsi insan kəlləsi və sümükləri ilə "bəzədilib". Dünyanın müxtəlif ölkələrindən buraya gələn turistlər həmin dekorasiyanın önündə fotoşəkil çəkdirərək və şelfi çəkərək Instagramda paylaşmağı çox sevirlər. Sedlec kilsə prixodunun direktoru Radka Krejçi bununla bağlı bildirib ki, 2020-ci ildən buraya gələn ziyarətçilərə şelfi çəkdirmək qadağan ediləcək. "Biz ümidvarıq ki, ziyarətçilərimiz qərarı anlayışla qarşılayacaq və onun səbəbini yaxşı başa düşəcəklər", -deyə o qeyd edib.
Krejçinin sözlərinə görə, 2017-ci ildə kilsəni yarım milyon turist ziyarət edib və bu rəqəm ildən-ilə artır. O əlavə edib ki, kənardan fotoşəkil çəkmək üçün ziyarətdən üç gün əvvəl prixoddan icazə alınmalıdır. Bu zaman əməkdaşları turistlərə dekorasiyaya toxunmamaq barədə qaydaları izah edəcəklər. Prixod direktoru qeyd edib ki, müxtəlif dillərdə kilsəni ziyarət zamanı qaydalar izah olunsa da, bir çoxları onlara etinasız yanaşır, qədim vaxtlarda ölmüş insanların sümüklərini kilsə divarından qoparır, onları öpərək şelfi çəkdirir, hətta günəş gözlüklərini belə insan kəllələrinə taxırlar.
Qeyd edək ki, Kutná Hora tarixi qəsəbəsi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Burada "Sümüklər kilsəsi" ilə yanaşı, Müqəddəs Məryəm kilsəsi və Baptist Con kilsəsi də turistlərin diqqətini cəlb edir. Hər iki kilsə UNESKO-nun mühafizəsi altındadır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





