Nə yaraşıq, nə pul,... Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş... - - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrədə maraqlı araşdırma aparılıb.
Milli.Az Onedio-ya istinadla xəbər verir ki, bioloq Claus Wedekind qadınlar kişiləri onların hansı xüsusiyyətinə görə seçdiyini araşdırıb. Araşdırmanın nəticəsi isə gözlənilməz olub.
Bioloq araşdırmada iştirak edən kişilərə 2 gün ərzində eyni köynəyi geyinməyi tapşırıb. Onlara bu müddət ərzində ətir və ya hər hansı dezodorantdan istifadə etmək qadağan olunub.
2 gün sonra həmin köynəkləri qoxlamaq üçün qadınlara verib və hansı qoxunun daha xoş gəldiyini soruşublar.
Qadınların hansı köynəyi seçdiyini qeyd etməzdən əvvəl aşağıdakı məlumatı nəzərinizə çatdırırıq:
MHC molekulu bədənə məxsus qoxunu müəyyənləşdirən gendir. Bu molekulların düzülüşü fərqli bədən qoxusunun yaranmasına səbəb olur. Bundan əlavə, həmin molekullar ağır xəstəliklər zamanı bədənin müqavimətini artıran antikorlar istehsal edir.
İnsanlar daima sağlam, güclü nəsil artırmaq niyyətindədirlər. Buna görə də, həyat yoldaşını seçən qadın, sadəcə, ona xoş gələni deyil, həm də ona sağlam uşağı verəcək kişini seçir. Qeyd etdiyimiz ikinci seçim çox vaxt fərqində olmadan edilir.
Bu seçimdə əsas rolu MHC molekulları oynayır. Qadındakı MHC molekulları ilə kişidəki molekullar bir-birindən nə qədər fərqli olarsa, doğulacaq körpənin xəstəliklərə olan müqaviməti də o qədər çox olur.
Genləri gözlə görmək imkansızdır. Ancaq MHC molekullarının insanın qoxusuna birbaşa təsir etdiyini nəzərə alsaq, insanlar fərqində olmadan bu qoxuya əsasən özünə ən uyğun MHC molekuluna sahib qarşı cinsi seçirlər.
Qısası, nə gözəllik, nə pul, nə də yaraşıq... İnsanı cazibədar edən şey ancaq və ancaq onun qoxusudur.
Bəxtiyar Umarlı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
XƏBƏR LENTİ
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilir?
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyimi dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü





