Maraqlı

Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

14 Oktyabr 2019 16:34
0 Şərh     Baxış: 2 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə macar ictimaiyyətini maraqlı mövzu narahat edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cari ilin yanvarında vəfat edən macarıstanlı mediamaqnat Andi Vayna özündən sonra böyük məbləğdə, 123 milyon dollar dəyərləndirilən varidat qoyub.

Ölməmişdən əvvəl o, özünün cavan dul arvadı Timea ilə bərk mübahisə edib, lakin boşanmanı sənədləşdirməyə macal tapmayıb. Andi Vayna vəsiyyətnamə ilə arvadına hətta bir sent belə saxlamayıb. Vəkillərin sərəncamında olan vəsiyyətnamənin surətində kimə nə qədər miras qalacağı aşkar görünür, sənəddə adıçəkilənlər arasında dul qadının adı göstərilmir.

Lakin vəsiyyətnamənin orijinalı müəmmalı şəkildə itib və tapılmayıb. Macarıstan qanunlarına görə, bütün varidat mərhumun məhz formal dul qadınına çatacaq.

Bu xəbər təkcə KİV səhifələrindən və televizor ekranlarından uzaqlaşmır, həm də ölkə hüquqşünasları mühitində elmi debatlar yaradıb. Lakin nə etmək olar - qanun qanundur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.