Məkkə müşriklərinin fitnəsi belə ifşa olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"(İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: "Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar, sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 217).
Bu ayənin nazil olması barəsində nəql olunur ki, Bədr döyüşündən əvvəl Allahın Rəsulu (s) Abdullah ibni Cəhəşi çağırır və ona bir məktub verir. Ona mühacirlərdən olan səkkiz nəfər verir. Əmr edir ki, iki gün yol gedəndən sonra həmin məktubu açsın. Abdullah da Həzrətin (s) buyurduğu kimi, iki gün yol gedəndən sonra məktubu açır.
Məktubda belə yazılmışdı: "Məktubu açandan sonra Nəxlə adlı yerə get ki, Məkkə ilə Taif arasında yerləşir. Orada Qureyşi izlə. Orada baş verənləri mənə xəbər ver".
Abdullah məktubda yazılanları onunla gedən mühacirlərə danışır və əlavə edir: "Peyğəmbər (s) məni sizi bu yolu getməyə məcbur etməkdən çəkindirmişdir. Ona görə də hər kim şəhadətə hazırdırsa gəlsin və istəməyənlər qayıtsınlar".
Lakin onların hamısı Abdullah ilə birlikdə gedirlər. O zaman ki, Nəxləyə çatırlar, Qureyşin karvanı ilə üzləşirlər ki, Əmr ibni Həzrəmi orada idi. Rəcəb ayının son günləri idi və onlarla vuruşmaq üçün məsləhətləşməyə başladılar.
Bəziləri dedi ki, əgər bu gün onlardan əl çəksək, Hərəmə daxil olacaqlar. Bu zaman onlara etiraz edə bilməyəcəyik.
Buna görə vuruşmağı qərara aldılar və igidcəsinə vuruşdular. Əmri məhv etdilər.
Karvanı isə iki nəfərlə birlikdə Həzrətin (s) xidmətinə gətirdilər.
Həzrət Peyğəmbər (s) onlara buyurur: "Mən sizə əmr etməmişdim ki, haram aylarda vuruşmayasınız?".
Mücahidlər peşman oldular və hamı onları qınamağa başladı. Müşriklər də bu fürsətdən istifadə edib, şayiə yaydılar ki, Peyğəmbər (s) haram ayda vuruşmağı halal elan etmişdir.
Elə bu zaman yuxarıdakı ayə nazil oldu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





