"Samsung" Çində mobil telefon istehsalına son verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yerli istehsalçıların rəqabətindən yaranan zərər səbəbi ilə dünyanın ikinci ən böyük mobil smartfon bazarı olan Çində mobil telefon istehsalına son verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Huycou şəhərindəki "Samsung"un Çindəki sonuncu mobil telefon zavodu fəaliyyətini tam dayandırıb. Ötən ilin sonunda isə şirkətin Çindəki daha bir zavodu bağlanmışdı. Cənubi Koreyanın texnologiya nəhənginin bu addımı digər şirkətlərin Çində işçi qüvvəsinin bahalanması və ölkənin iqtisadi inkişafının zəifləməsi səbəbindən istehsalı başqa ölkələr köçürmələri ilə paralel baş verir. Xatırladaq ki, Yaponiyanın "Sony" şirkəti də bir müddət əvvəl Çindəki zavodunu bağlayaraq istehsalı Tailanda köçürmək barədə düşündüyünü bildirmişdi.
"Samsung" şirkətinin Çinin mobil telefon bazarındakı payı 2013-cü ildəki 15 faizdən hazırda təxminən 1 faizə düşüb. "Counterpoint" bazar araşdırmaları təşkilatının rəyinə əsasən, buna səbəb Çinin "Huawei" və "Xiaomi" kimi şirkətlərinin bazarda "Samsung"u sıxışdırmasıdır.
Cənubi Koreya şirkəti 1992-ci ildən Huycouda fəaliyyət göstərən zavodunun istehsal gücü barədə məlumat verməyib. Amma Cənubi Koreya mətbuatı 6 min nəfərin çalışdığı zavodda 2017-ci ildə 63 milyon mobil telefon istehsal olunduğunu yazıb. Həmin il "Samsung"un dünya üzrə mobil telefon istehsalı 394 milyon ədəd olmuşdu. Şirkət son illər işçi qüvvəsinin daha ucuz olduğu ölkələrdə, məsələn Hindistan və Vyetnamda istehsalı genişləndirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





