Allah insanı bəndə olaraq yaradıb. İnsanın kimliyini müəyyən etmək istəsək, "insan kimdir?" sualına cavab vermək istəsək, cavabı budur ki, insan bəndədir, əbddir. Allah insanı bu məqsədçün yaratdığından bu hədəf üçün lazım olan hər şeynən təmin edib. Mümkün deyil ki, Allah insanı bir hədəfçün yaratsın və o hədəfə lazım olan vasitələrlə onu təmin etməsin. Allah belə bir imtahan götürən deyil ki, məsələn bir neçə çətin sual versin, dolaşığa salsın insanı, sonra da qəbul olunmayanı cəzalandırsın. Bəzi müəllimlər olur, görürsən, tələbələrinə dolaşıq, çətin suallar verirlər. Məqsəd budur ki, dolaşdırsın, çətinə salsın. Bu, tələbəynən mehriban olmayan tərzdə davranmaqdı. Bu müəllimin məntiqi budur ki, mən elm istəyirəm, mənim istədiyim elmdir. Düzdür, müəllim elmsevər olmalıdır, amma tələbəyə qarşı da mehriban olmalıdır. Bəzi müəllimlər sırf elmsevərdirlər, tələbəyə qarşı sevgisi, mərhəməti yoxdur. Düzdür, ola bilər bəzi müəllimlər çətin suallar versin ki, şagird, tələbə daha yaxşı elmə yiyələnsin.
Milli.Az onlara.de-yə istinadən bildirir ki, amma bəzilərini sırf elm maraqlandırır tələbə yox. Allah belə deyil. Allahnan bəndə arasında münasibət belə deyil. Məsələn, deyək ki, o qədər kamalı sevir, kamilliyi sevir, ancaq dəyərləri sevir, sırf dəyərlərə görə bəndələrini çətinə tutur. Allah bəndəsini sevir, dəyərə sahib olmasını arzulayır. Allah dəyərə sahib olan bəndələrini sevir, bəndələrindən ayrı dəyəri sevmir. Bu, incə bir məqamdır. Allah belə demir ki, məni bəndəm yox, dəyərlər maraqlandırır, mənimçün önəmli olan dəyərlərdir. Xeyr. Allah belə davranmır ki, məsələn, mənə əziyyət versin, desin mənə dəxli yoxdur, sən bu imahandan çıxmalısan, yoxsa cənnət filan yoxdu səninçün. Allah belə davranmır. Allah bizə çətin imtahanlar vermir, bizə çətin hökmlər vermir. Əgər insandan bəndəlik istəyirsə, əvvəldən bəndəlik eləmək üçün lazım olan hər şey onun içində var, gücü çatan bir şeyi istəyir.
Buna dəlilim Quran ayələridir; "Lə yukəllifullahu nəfsən illa vus əha" -"Allah insana gücü çatmayan bir şeyi ona yükləməz" Hədisdə var Peyğəmbər (s) Məazı təbliğ üçün göndərəndə dedi :"Yəssir və lə tu əssir"-"Asanlaşdır! Çətinləşdirmə!" Bu din asan dindir. Məqsəd əziyyət vermək deyil. Hardasa çətinliklər də varsa, Quranda çətinlikdən də danışırsa, mənası budur ki, insanın gücü çatan çətinliklərdir, gücünə müvafiqdir. Din asandır, amma bunu bəziləri qayda eyləyib belə istifadə eləməsin ki, "bu çətin hökmdü, din bunu demir." O mənada yox. Din elə necə gəlib bütün hökmlərilə asandır. Daha onu asanlaşdırmağa ehtiyac yoxdur. Bunu çətinləşdirməsək bəsdir. Bəziləri din asandı bəhanəsiylə bəzi hökmləri deyir yox Allah deyə bilməz bunu, din asandır. Yox, bütün bu hökmlər ki, din nazil edib bizə, tələb edir bizdən, hamısı asandır, bizim gücümüz yetən şeylərdir. Heç bir hökm çətin deyil. Sənə çətin gəlirsə, özünü araşdır. Ruhunda nə problem var ki, hansısa hökm sənə ağır gəlir. Nöqsanı özümüzdə, öz ruhumuzda axtaraq. "Və ma xaləqtul cinnə vəl ins illə li yəəbudun"- "Mən insan və cinləri mənə ibadət etsinlər deyə yaratdım". İbadətdən başqa məqsədçün yaratmamışam. İbadət düz olmaz, übudiyyətdən -bəndəlikdən başqa məqsədçün yaratmamışam. "İnsan və cinləri mənə bəndə olsunlar deyə yaratmışam". Deməli nəticə də birdir. Allaha bəndə olmaq çətin olmamalıdır, insanın gücündən xaric olmamalıdır. Allah bizi elə şəkildə yarada bilməzdi ki, məqsədə uyğun olmasın bizim vücudumuz. Maşın nəqliyyat vasitəsidirsə, lazım olan hər şeylə təmin olunub. Məsələn, onun dairəvi yumru təkərləri olmasaydı, desəydilər sən bunu sürməlisən, düz gəlməzdi bu. Yəni bu öz missiyasını, öz məqsədini icra etməkçün ən asan vasitələrnən təmin edilsin. İnsanın da hədəfi nədirsə, o hədəfə lazım olan hər bir təchizat onun daxilində var. Gücü yetən bir şeydir. Məqsədlə insan arasında ciddi uyğunluq var. İnsan ruhunda elə bir xüsusiyyət yoxdur ki, bəndəliynən uyğun olmasın. Zahirən düz gəlməyə bilər, amma araşdıranda görürsən ki, yox nəsə hikməti var.
Bəndəliyin ilk şərti nədir? Şərti deyəndə ki, ilk xüsusiyyəti nədir? Bəndəliyin ilk xüsusiyyəti budur ki, Yaradanın əzəməti qəlbinə daxil olsun, Onun ubuhəti qəlbinə daxil olsun. Çoxu deyə bilər ki mən neynim məndə olmur. Mən Allahın əzəmətini dərk edə bilmirəm. Allahın əzəmətini, böyüklüyünü ruhuma otuzdura bilmirəm. Bizim çoxumuz beləyik. Bizdə çatışmayan cəhət budur ki, biz Allahın əzəmətini dərk eləyə bilmirik. Kim Allahın rububiyyət məqamından çəkinsə, -Allahdan qorxsa demir, Allahın məqamından çəkinsə,- yəni Allahın əzəmətini öz vücudunda hiss eləsə, vücuduyla Allahın əzəmətini dərk etsə və nəfsdən özünü çəkindirsə Cənnət onundur, onun məkanıdır, yeridir. Bəs niyə bizim daxilimizdə bu hiss yoxdur, Allahın bütün əzəmətini vücudumuznan hiss eləmirik? Övliyaların qorxusu bilirsiz başqa bir qorxudur. Adama stress gətirən, sıxıntıya salan qorxu deyil ki, halı xarab olsun, Allahdan bu tərzdə qorxsun. O qorxu ki, Allahın əzəməti qarşısında təvazökarlığın nəhayətidir ki, Hz. Əli (ə) dəstəmaz alanda rəngi ağarır. Deyirlər "sizə nə olub?"- deyir "vay olsun sənin halına. Bilmirsən kimin hüzurunda dayanacam?" Bədən titrəyir, amma bu xoş bir titrəmədir, xoş bir qorxudur. O, insana acılıq gətirən qorxu deyil. Onun özünün bir səfası var insanın daxilində. Bunu niyə mən özümdə görə bilmirəm? Bu xüsusiyyətlər məndə niyə yaranmır? Bəndəlik hissi olmadan insan Allahın əzəmətini dərk edə bilməz. Ancaq bəndə olan sahibini əzəmətli görə bilər. Bəndəliyini tam dərk edən ki, "mən bəndəyəm, onunam". Allahdan belə sual soruşsaq ki, "İlahi, sən mənim tərəfdarımsan, yoxsa sənə mühüm olan bəndəlik xüsusiyyətidir? Sənin vecinə deyil bacardım, bacarmadım, sən deyirsən ki, yox mənə bəndə olmalısan? Sənin tələbin budur, Sən məni də nəzərə alırsan?" Əlbəttə ki, mövzu sənsən, bəndəliyi sənə yaraşdırıram. Səni sevdiyimdən yaratmışam. Mövzu səndən başqa qeyri bir şey deyil. Mövzu sənsən, insandır. Ona görə Allah insanın tərəfdarıdır və mən səni tam məqsədə uyğun yaratmışam. Yaradılışının məqsədi nədirsə, ona uyğun yaradılmısan. Sizə bir hədis oxuyacam, bu gün bizim bəhsə elə uyğun gələn hədisdir. Təsirli bir hədisdir. Mərhum Əllamə Qazi nadir şəxsiyyətlərdən idi ki, mərifət sahəsində tayı-bərabəri az olan adamlardan idi. "İrfan dağı" deyiblər onun barəsində, mərifət dağıdır. İkinci belə bir alim mən tanımıram. Bəlkə də var, mən eşitməmişəm. Bütün tələbələri- nəfəsi kimə toxunubsa, onlar hamısı mərifətin ən uca zirvəsinə çatıblar. Bu belə bir adam idi. Onun tələbələrindən biri Əllamə Məhəmməd Hüseyn Təbatəbaidir. Biri ayətullah Behcətdir, biri Həddaddır və.s. Onlarla arifin ustadı olub və kim onunla təmasda olubsa, onun daxilində mənəvi bir inqilab yaradıb. Özü də Təbrizlidir, Azərbaycanlıdır. Əllamə Qazi deyir ki, danışacağım bu hədisi yazın, saxlayın yanınınzda. Həftədə ən azı iki dəfə baxın, oxuyun o hədisi. Bu qədər lazımlı hədisdir. Bu hədis Ünvan Bəsri hədisidir.
Ünvan Bəsri gəlir Mədinəyə Malik adlı bir alimin yanında dərs oxuyur, ondan elm öyrənir. Sonra deyir imam Sadiq (ə)-ın sorağını eşitdim və Malik də məni qane etmədi. Deyir mən getdim imam Cəfər Sadiq (ə)-in yanına oturdum yanında. İmam dedi ki, "Mən elə bir adamam ki, mənim hər gün işim var, zikrlərim var, namazlarım var, emlə məşğul oluram, müxtəlif işlərim var. Sən mənim vaxtımı alma. Ged elə Malikin yanına." Deyir məni belə mədəni şəkildə qovdu, qəlbimi qəm bürüdü, ürəyim narahat halda çıxdım getdim peyğəmbər məscidinə. İki rəkət namaz qıldım, dua elədim ki, "İlahi imam Sadiq (ə)-ın qəlbini mənə yönəlt və onun vasitəsiylə mənə elə elm öyrət ki, məni düz yola yönəltsin. Onun qəlbini mənə qarşı istiqamətləndir, yönəlt." Bəsri küsmədi. Bəzi alimlərin yolu belədir. Alimlər istəyirlər ki, adamları hazırlasınlar. İmam Sadiq (ə) də artıq özü seyri-süluk başlayır onunla bu vasitəylə. Ged, yəni hazır deyilsən.Gedsin, hazırlansın, o mənəvi hazırlığı olsun ki, gəlsin ondan elm öyrənməyə. Deyir daha Malikin yanına getmədim. Gedirdim Məscidul-Nəbiyə, namazlarımı qılıb yenə gəlirdim evimə, ağlayırdım, dua edirdim. Öz-özümə dedim ki, məndə xeyir olsa, o məni qəbul edəcək. Bir gün yenə getdim. Qəlbim mənə dedi ki, get qapısına. Gəldim, əsr namazını məsciddə qıldım, gəldim qapını döydüm. Xidmətçisi açdı, dedim ki, "mənim ağayla işim var." Dedi, "kimsən?" Dedim, "Ünvan Bəsri." Dedi, "gəl." Apardı məni içəri, oturdum. Ağa namaz qılırdı, ibadət edirdi. Mən də oturmuşam, nigaranam ki, məni uzaqlaşdıracaq özündən ya uzaqlaşdırmayacaq, necə olacaq, bilmirəm. Deyir namazını bitirdi, döndü mənə dedi, "Salam." Mən dedim, "aleykum salam." Mən də həyəcanlıyam. Dedi, "otur, Allah səni bağışlasın." Təvazökar adamdır, qapını buraxmır, oturub, yenə də deyir çıx desə gedəcəm. Yəni hədisin bu hissəsi bizə öyrədir ki, elm istəyən, elm arzulayan adam gərək alimin nazını çəksin. Alim də o mənada özünü dağ başına qoymasın gərək. Yoxsa birinin elmi varsa o xidmət etməlidir. Alim elə o adamdır görsün ki, bu adam nə qədər elmin teşnəsidir, onda bir hazırlıq yaratsın. Bu deyir oturdum. Dedi, "adın nədir?" Dedim, "Ünvan." Dedi, "Əbu mən?" Əbu mən- yəni kunyən nədir? Ərəblərdə kunyə var. Kunyə, məsələn: Əbəl Qasim -Qasimin atası. Onlar hörmət əlaməti olaraq bir-birinə kunyəylə müraciət edirlər. Bir kişiyə hörmət edəndə ona onun uşağının adınan müraciət edirlər. Eyni zamanda Əbu filan onlarda həm də, məsələn: biz deyirik ki, filankəs fəlsəfənin atasıdır. Bir insan bir şeyə çox bağlı olanda onlar o mənada işlədirlər onu. Məsələn, Əbul Qasim peyğəmbərin kunyəsidi. Oğlunun adı Qasimdir, həm də keçən dəfə dedik Qasim -"bölən" deməkdir. Yəni "nuru paylaşdıran bölən", "Cənnət, Cəhənnəmi bölən" bu anlamda. Mən dedim, "kunyəm Əbu Əbdullahdır." Dedi ki, "Allah səni kunyəndə sabitqədəm eləsin, bəndəlikdə sabit olasan." Bunun kunyəsilə söhbətin mövzusu müəyyənləşdi. Kunyəsi Əbu Əbdullah, yəni Allah bəndəliyi, Allah bəndəsinin atası. Sonra dedi, "Sualın var? İstəyin nədir, xahişin nədir?" Deyir bunu deyəndə fikrə getdim. Öz-özümə dedim ki, bu ziyarətin və salamın təkcə bu xeyri olsa ki, ağa bu duaları mənimçün etdi bəsimdir. Dedi, heç nə öyrətməsə də elə bura qədər də bəsimdi ki, gəldi mənimçün 2-3 dənə dua etdi. İndi çıxsam yenə də itirməmişəm. Bilinir ki mərifətli adamdır. Bəndəliyə lazım olan hal bunda var. Təzədən soruşdu məndən ki, "sualın nədir?" Deyir dedim ki, "xüsusi bir sualım yoxdur. Gəlmişəm sizdən öyrənim, siz mənə bəyan edəsiz. Mən namaz qılıb Allahdan istədim ki, qəlbinizi mənə yönəltsin. Ümid edirəm ki, Allah da qəbul edib. Mən dedim ki, Allah elminizdən mənə ruzi eləsin. Mənə elm öyrət." İmam onunla bəhsi gözəl başlayır. Deyir, elm təlimlə olmur, öyrətməklə olmur. Elmin xüsusiyyəti bu deyil ki, onu öyrədəsən. Oxumaqla olmur. Bundan belə nəticə hasil olmasın ki, onda oxumayaq. Oxumaq sənin vəzifəndir, necə xəstəsən, həkimə gedirsən getməlisən, vəzifəndir. Şəfa Allahın əlindədir həkim vasitədir. Eləcə də elm istəyirsənsə, get dərsə get öyrənməyə vaxtı-vaxtında. Amma bunu bil ki, elm tədrislə, təlimlə deyil.Bunu vasitə elə, Allah elmin qapısını sənə açsın. Elmi verən Allahdır. Buyurur ki, elm bir nurdur ki, Allah birini hidayət eləmək istəyəndə onun qəlbində o nuru yaradar. Elm ilahi nurdur. Deyir əgər elm istəyirsənsə, əvvəl öz ruhunda bəndəliyin həqiqətini üzə çıxart. Nə gözəl sözlərdir. Deyir sən bəndəliyini tap, bəndə olduğunu bil, bəndəliyinə uyğun davran, Allahdan istə, Allah sənə anladacaq, elmi sənə verəcək, içdən gələcək elm. Elm ümumiyyətlə içdən qaynayıb üzə çıxan şeydir. Hikmət. Bu olmasa Quran oxu, hədis oxu başa düşməyəcəksən. Yox, mən gedib müəllimdən öyrənəcəm. Ged öyrən. İçdən gəlməsə, o nur qəlbdə olmasa danışacaqlar o dərinliyi başa düşməyəcəksən.Gərək içəridən qaynasın ki, sonra da başa düşəsən ki, o nə deyir. Biri məşhur Quran təfsirçisiydi. Quran dərsləri deyib Quranla məşğul olan adam idi. İmam Cəfər Sadiq (ə) -in yanında ondan danışdılar. İmam dedi: "And olsun Allaha Quranın bir hərfini də bilmir. Bilmir Quran nədir." Quran bilmək, ərəb dilini bilmək, şəni nuzulları öyrənmək, təfsiri bilmək deyil. Quranı bilməkçün ruhi hazırlıq olmalıdır içdə, bir nur olmalıdır ki, Quranın həqiqətini başa düşsün. Hikmət budur. Hikmətdən qaynayan elm. Peyğəmbərin də işi budur. Kitab və hikməti öyrətsin. İçəridə olan hicabları çəksin. Hikmət böyük bir nemətdir. Kimdir Quranda hikmət sahibi? Quranın hikmət sahibi Loğmandır. Allah Quranda bir surə Loğmanın adına təyin eləyib. Zöhr namazını qılandan sonra yatır yuxuda Allah onunla danışır. Deyir "peyğəmbər olmaq istəyirsən?" Cavab verir "əgər əmrdirsə, hünərim nədir istəmiyim.Əmrdirsə, baş üstə. Mən bəndəyəm.Əgər yox, özümün də məsləhətim, sözümü eşitmək istəyirsənsə, biləsən mənim fikrim nədir, mən belə bir şey deyə bilərəm ki, mənə peyğəmbərlərin bütün elmini ver, amma məsuliyyətini vermə. Mən bu işi bacaramaram. Peyğəmbər qədər bilim, amma peyğəmbərin məsuliyyətini mən götürə bilmərəm. Mən o qabiliyyətli adam deyiləm ki, peyğəmbərlik yükünü çiynimə götürüm." Allahın xoşu gəlir onun bu sözlərindən deyir mən sənə hikmət verdim. Yuxudan ayılır bütün vücudu olur hikmət. Niyə bu yuxuda baş verir? Bilirsiz, bunun da bir hikməti var. Allah bildirmək istəyir ki, verən mənəm, düzdür, sən hazırlaşdın, amma istəsəm yuxuda verərəm. Heç nə eləmədiyin halda verərəm. Bu nuru mən bəxş edirəm. İçəridə bir hazırlıq oldu ki, Allah ona hikmət verdi. Gör nə yerə gəldi çatdı, mən həmişə təccüblənirəm. Bəndənin məqamına bax ki, Allah Quranında onun nəsihətlərini öz sözü kimi nəql edir. Görürsünüz kimdi bu insan? Bu oğluna nəsihətlər edir, Allah onu öz ayəsi edyir. Biz Loğmanın sözlərini Allah sözü kimi oxuyuruq. Gör hara gedib çatıb insan ki, Allah onun sözünü təsdiq edir, deyir ki, Loğman dedisə mənim sözümdür. Loğman dedisə Allahın imzası var altında. İnsan belə bir yerə çata bilir danışdığı söz hikmətdir, həqiqətdir, Allahın dediyidir. Elə bilməyin ki, bu 14 məsuma peyğəmbərlərə aiddir. İnsan bir yerə çatır ki, nə danışır Allah imza atır altına ki, bu mənim sözümdür. Bu hikmətdi içdən qaynayır çünki. Həqiqəti görür. Allah istədiyinə verir. Onunçun nəyi deyir başa düş? Buyurur ki, bəndəliyin həqiqətini başa düş, ona uyğun davran, qəlbindən hicablar getsin, Allah o nuru qəlbində yerləşdirsin. İçəridə hazırlıq olsun ki, adam Quranı başa düşsün. Bəzi adamlar var idi cahiliyyət dövründə yaşayırdılar, amma bir səfası vardı qəlbinin. Hikmətin də mərtəbələri var. Gəldi peyğəmbərə dedi "mənə Qurandan bir az oxu." Peyğəmbər də yanındakına dedi "oxu" ona. Təsadüfən zilzal surəsini oxumağa başladı. Axırda oxudu "Kim zərrə ağırlığında xeyir iş görüb qarşılığını görəcək kim zərrə ağırlığında pis iş görüb onu görəcək." Dedi kifayətdir. Necə qəbul edim dini? Peyğəmbər dedi "1-2 dənə də başqa surə oxusun." Dedi "yox bəsdi mənə, başa düşdüm, aydın oldu mənə." O ayələri çoxu eşidirdi, amma bunun qəlbində hazırlıq var idi. Müşrik olsa da içində bir nur saxlaya bilmişdi. Bir nuraniyyət var idi. Daxildən olan elm belə elmdir ki, o qaynayandan sonra Quran oxuyanda ancaq başını yelləyəcəksən. Quranı adam gərək belə oxusun. Başını təsdiq kimi yelləsin. Sadəqallahul əliyyul əzim budur. Yəni mənim qəlbimdə olan elmin kağıza köçürülmüş şəklidir bu. Mən bunları içdən başa düşürəm. Mən bunları hikmətlə anlamışam. Quran dedikcə də düz nöqtəsindən vurur. Deyirəm, İlahi, necə də dəqiq sözlərdir bunlar. Amma qəlb sağlam olmayanda oxuyur, dirənir, yox bu necə olur? Bu kitabı sənə uyğun yazıblar. Bu kitab sənin qəlbinin kağız üzərinə köçürülməsidir. Qəlbində olan elmin kağız üzərində yazılmış variantıdır. Bu əvvəl sənin qəlbindədir, içindədir. Onu üzə çıxart ki, bununla təmasda ol, onda görəcəksən ki, həqiqi mənada həqiqətdir. Onun həqiqət olduğunu başa düşəcəksən.
Milli.Az