"Mən qazanacam, Xərçəng yox" - Fenomenə çevrilən 20 yaşlı qız - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə xərçəngə qarşı mübarizəsilə məhşurlaşan 20 yaşlı Nəslihan Tay yenə ölkə gündəmindədir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, üç dəfə xəstəliyə qalib gələn gənc qız yenidən xəstəxanaya yerləşdirilib. Bu dəfə daha ağır formada. Ancaq buna baxmayaraq, xəstəliyə qalib gələcəyinə inanır.
Xərçəngə meydan oxuyan gənc qız - Türkiyə 20 yaşlı Nəslihan Tayı belə tanıyır. Xəstəliklə mübarizədə göstərdiyi əzmkarlıq onu bütün Türkiyədə məhşurlaşdırıb, sosial media fenomeninə çevirib.
Nəslihan 18 yaşında, universitet imtahanlarına hazırlaşarkən xərçəngə yoluxub. Şiş səbəbindən sağ ayağı amputasiya edilib. Ancaq buna baxmayaraq, ruhdan düşməyərək, mübarizə əzmi və yaşama həvəsi ilə xərçəng xəstələrinə nümunə olub. Xərçəng olduğu halda universitetdə oxumaq arzusundan vaz keçməyib və psixologiya fakültəsinə daxil olub. O, iki ildir, müalicə prosesini, yaşadıqlarını, keçirdiyi hissləri izləyiciləri ilə bölüşür. Xəstəliyi ilə bağlı son xəbərlər isə təkcə izləyicilərini yox, bütün Türkiyəni kədərləndirib. Vəziyyəti ağırlaşan Nəslihan sentyabrın 15-dən xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib.
Bu xəbər son günlər Türkiyə mediasının da əsas başlıqlarındandır. Bütün televiziyalar Nəslihanın reanimasiyaya yerləşdirilməzdən əvvəl sosial şəbəkələrdə paylaşdığı son videomüraciətini yayımlayır. "İndi hər şeyin çox gözəl olmasının tam zamanı" deyən gənc qız yaşamaq istədiyini, xəstəliyə yenidən qalib gələcəyinə inandığını deyir: "Xərçəngin məni məğlub edəcəyinə bir gün belə inanmadım. Mən savaşmaq məcburiyyətindəyəm. Bu həyatda qalmaq istəyirəm, yaşamaq istəyirəm. Bunun üçün nə lazımdırsa edəcəm".
İndi təkcə bir milyona yaxın izləyicisi yox, bütün Türkiyə onun yenidən ayağa qalxması üçün dua edir. Müalicə olunduğu xəstəxanadansa bildirilib ki, Nəslihanın vəziyyətinin yaxşılaşması üçün əllərindən gələni edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
XƏBƏR LENTİ
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)





