Ailədə əsəbləşən zaman nə etmək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həyat yoldaşınız sizi əsəbləşdirmişdir, ilk elədiyiniz rəftar nədir? Bilirsinizmi ki, bu zaman şeytan fəaliyyətə keçər və sizin aranıza kin və düşmənçilik toxumu səpər?!
Hər birimiz ailədə qəzəbimizi müxtəlif cür büruzə veririk. İstər bu əməlimizi sevək, istərsə də nifrət edək. Bu şiddətli həyəcan bir neçə dəqiqə davam edər və bu vaxt ərzində ruhumuzu və bədənimizi bir-birinə vurar. Bəzilərinin üzü qızarar, bəzilərinin nəfəsi təngləşər və bəziləri də fəryad çəkərlər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qəzəbin kəlamsız büruzə verilməsi:
1. Sükut: Əsəbi kəlamsız dəf etmək üçün bəzən susmaq məsləhət görülür və bu zaman bir qədər özünə gəlir və nəyin baş verdiyinə agahlıq əldə etmiş olursan.
2. Bayıra tökmək: Fiziki rəftarlar görməyə başlayırsan. Misal üçün boşqabı sındırırsan, zibil qabını tullayırsan, ya da əlini diavara vurursan. Bununla əsəbini dəf etməyə çalışırsan.
3. Fiziki fəaliyyət. Əsəbləşən zaman fiziki fəaliyyətlərlə məşğul olmağa çalışırsan. Məsələn rəsm çəkirsən, idman edirsən, gəzişirsən.
Əsəbi kəlamla büruzə vermək.
1. Tənqid: Əsəbin kəlamla büruzə verilməsinin ən çox yayılmış forması tənqiddir. Adətən əsəbləşən zaman dilimizə əziyyət verən, incidən sözlər gətiririk. Qarşı tərəfin etdikləri xataları yada salır və onu tənqid edirik.
2. Dillə hücuma keçmək. Nə zaman tənqid şiddətlənər, söz hücumuna çevrilər. Bu zaman təhqir, tənə və söyüş də söhbətə yol tapar.
Bəs qəzəbimizi ən yaxşı necə büruzə verə bilərik?
Qarşı tərəfi incitmədən və əziyyət vermədən əsəbləşmək üçün təmrinə ehtiyacımız vardır. Bu təmrinin də mərhələləri vardır:
1. Hisslərinizi mötədil büruzə verin.
2. Özünüz üçün müəyyən edin ki, qarşı tərəfin hansı rəftar və ya hansı sözü sizi narahat etmişdir.
3. Qarşı tərəfə deyin ki, bu sözü və ya rəftarı başqa cür görməyə meyillisiniz.
Misal üçün həyat yoldaşınız sizi şam yeməyi üçün restorana aparmaq istəyir. Ancaq vəd etdiyi vaxtdan iki saat keçmişdir. Zəng də etməmişdir. Nəhayət gəlib çıxır və sizdən üzr istəyir ki, yolda tıxaca düşmüşdür, ya da işdə bir qədər gecikmişdir. Siz acsınız, yorğunsunuz, incimisiniz. Belə bir halda onun üstünə qışqıra da bilərsiniz. Ona deyə bilərsiniz ki, bu hərəkətə görə çox əsəbləşmisiniz, ya da şam yeməyinə getmək istəmədiyi üçün gecikmişdir. Sonra da ondan küsəsiniz. Otağın qapısını üzünə çırpasınız. Bütün gecəni narahat, ac və əsəbi halda keçirəsiniz. Aydındır ki, bu rəftar sizin probleminizi həll etməyəcəkdir. Ola bilsin ki, belə bir halda həmin hadisə təkrar olsun.
Ancaq siz qurucu rəftar edib, ona deyə bilərsiniz: "Gecikdiyin üçün çox nigaran qaldım. Qorxdum ki, başına bir hadisə gələr. Gözləyirdim ki, heç olmasa bir zəng vurasan. Belə olan zaman xahiş edirəm ki, mütləq məni xəbərdar et. Mənə niyə gəlmədiyini söylə".
Kişilər sizin bu təvazökar sözləriniz qarşısında səhvlərini başa düşər və sizdən üzr istəyərlər. Həzrət Peyğəmbərin (s) bu hədisini unutmayın: "Qadın üçün layiqli deyildir ki, həyat yoldaşına qəzəblə nəzər salsın".
Biz insanlar kəlamsız və ya kəlamla öz qəzəbimizi büruzə veririk. Ancaq onların ən yaxşısından istifadə etsək, rabitələrimizi ən yaxşı şəkildə saxlayıb, kontrol edə bilərik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
XƏBƏR LENTİ
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub





