Maraqlı

Borc vermək mədəniyyətinə yiyələnmək üçün tövsiyələr

12 Sentyabr 2019 21:20
2 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim dinimizdə mömin qardaşa borc verməyin qaydaları və şərtləri vardır. Onlardan bəzilərinə işarə edək:

1. Borcu ixlasla vermək.

2. Xoş ürəklə və razılıqla vermək.

3. Borc halal maldan olmalıdır.

4. Borcu yazılı şəkildə vermək lazımdır.

5. Borc verən gərək gözləsin ki, qarşı tərəfin nə zaman imkanı olacaqdır. Necə ki, borc alan imkanı olan kimi onu təxirə salmamalıdır, eləcə də borc verən qarşı tərəfin imkanı olmasa, ondan borcu tələb etməməlidir.

İslam dininin ən çox bəyəndiyi əməl - ehtiyac sahibinə borc verməkdir. Onu sədəqədən də üstün hesab edir. Bunu da boynumuza almalıyıq ki, borcun ədəb qaydalarına bəzən əməl etmirik. Ona görə də bizə çoxlu ziyan dəyir. Çalışırıq ki, onun günahını başqalarının boynuna ataq.

Allah Təala buyurur: "Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun.

Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq, müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nağd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz, daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir". ("Bəqərə" 282).

İmam Sadiq (ə) buyurur: "O kəs ki, bir malı başqasına borc verər, onu qaytarması üçün müddət qoyar, həmin borc müəyyən vaxtda geri qayıtmazsa, təxirə düşən hər günə görə ona bir dinar sədəqənin savabı yazılar".

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər min dirhəmi iki dəfə borc versəm, mənim yanımda onu bir dəfəyə sədəqə verməkdən daha xoş və daha yaxşıdır. Necə ki, o kəs ki, səndən borc alır, imkanı ola-ola təxirə salırsa, onun üçün bu iş caiz deyildir. Həmçinin sənin üçün caiz deyildir ki, borc verdiyin insanın imkansız olduğunu bilə-bilə ona təzyiq göstərəsən".

Beləliklə, mömin qardaşa borc verməyin savabı böyükdür. Ancaq şərtləri vardır ki, onlara riayət olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.