Maraqlı

Tanışlıq üçün "Tinder"ə girib, özünə kişi axtaran 83 yaşlı nənə gündəm oldu - FOTO

5 Sentyabr 2019 13:30
2 Şərh     Baxış: 2 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanışlıq üçün sosial şəbəkələrdə özünə hesab açıb, kişi axtaran 83 yaşlı qadın dünya mediasının diqqətini çəkib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Yorkda doğulan Hattie Retroage 83 yaşda olmasına baxmayaraq özünü hələ də gənc hiss edir.

Cinsi əlaqədə olmaq üçün "Tinder" sosial şəbəkəsində özünə hesab açan 83 yaşlı nənə gündəm olub. Əvvəllər rəqqasə kimi fəaliyyət göstərən Hattie eyni yaşda kişilərlə deyil, özündən cavan oğlanlarla yatmaq istədiyini "Tinder"də yazıb.

"Bu yaşıma qədər çox kişiylə eşq yaşamışam, lakin onlardan kimsə mənə "səninlə bir ömür keçirmək istəyirəm" deməyib. Mən nə vaxtsa kişilərə yaxınlaşmamışam, hər zaman onlar mənimlə tanış olmaq istəyiblər. Münasibətdə olduğum ən gənc oğlanın 19 yaşı olub".

Qeyd edək ki, 2 övladı və nəvələri olan Hattie Retroage 25 il ailəli qalıb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.