Təhsil

İsrayıl İsgəndərov vəzifəsindən GETDİ

14 İyun 2025 13:39
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru vəzifəsindən gedib.

Mili.Az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Direktor kollecdə altı il fəaliyyət göstərdiyini deyib.

"Mən ADPK-da altıillik fəaliyyətimi yekunlaşdırdım. Kollecdə fəaliyyətimə səmərəli mühit yaratdıqları üçün Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyinə, daimi və hərtərəfli dəstəyinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov başda olmaqla çox dəyərli ADPU kollektivinə və ən əsası mehriban, zəhmətkeş ADPK kollektivinə və əziz tələbələrə təşəkkür edirəm. ADPK-nın yeni rəhbərliyinin və kollektivin yeni-yeni müvəffəqiyyətlərinə əminəm və bu istiqamətdə onlara uğurlar diləyirəm", - deyə İ.İsgəndərov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.