Maraqlı

Turistlər çimərlikdən qum oğurladı - 6 il cəza

23 Avqust 2019 07:28
1 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimərlikdən qum oğurluğu turistləri polis saxlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Sardiniyada istirahət edən fransızlar, çimərlikdən qum oğurladıqları üçün 6 il həbs cəzasına məhkum edilə bilərlər.  İstirahət edən cütlük, ümumi çəkisi 40 kiloqram olan qumu plastik qablarda avtomobillərinin yük yerində gizlədiblər. Qaydanı pozanlar Sardiniyanın cənubundakı Kia çimərliyində qum yığarkən cinayət etdiklərini bilmədiklərini iddia ediblər.

Qeyd edək ki,  İtaliya adasının ağ çimərlikləri yerli hakimiyyət tərəfindən fəal şəkildə qorunur və müdafiyə olunur. Bəzi turistlər internetdə daha çox satış üçün qum oğurlayırlar ki, bu da qanunsuz sayılır. Sardiniyalı ətraf mühit alimi Pierluiggi Kokkoya görə, adanın əsas görməli yerlərindən biri olan Sardinya çimərlikləri turistlərin qum oğurlaması səbəbindən tükənmək təhlükəsi ilə üzləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.