Maraqlı

Çin özünəməxsus kriptovalyutanı istehsal edəcək

15 Avqust 2019 07:21
0 Şərh     Baxış: 317

Çin Milli Bankı özünəməxsus kriptovalyuta istehsal etməyi planlaşdırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu sözləri Bloomberg  agentliyi Çin Mərkəzi Bankındakı mənbəsinə əsasən yayıb.

Mənbənin sözlərinə görə, Milli Bank ötən ildən bəri bu iş üzərində fəal işləyir və öz kriptovalyutasını istehsal etməyə doğru "ciddi addımlar atır".

2017-ci ilin sentyabr ayında Çin Milli Bankı bir ICO (investisiyaların cəlb etmə forması), həmçinin bitkoinlər və digər kriptovalyutalarla ticarəti qadağan edib. O vaxtdan bəri ölkədə 88 kriptovalyuta birjası bağlanıb və 85 ICO dayandırılıb.

Qeyd edək ki, 2017-ci ilin sonundan etibarən Çin dünyanın əsas kriptovalyuta bazarlarından biri kimi tanınıb. Bir sıra çinli və xarici nəşrlərə görə, 2017-ci ilin sonunda dünyanın mayninq istehsalının təxminən 80%-i Çində yerləşir. Ölkədəki hesablama mərkəzlərinin çoxu Yunnan, Siçuan və Sincan Uyğur Muxtar Bölgəsi daxil olmaqla elektrik enerjisinin ucuz olduğu ucqar əyalətlərdə yerləşir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.