Maraqlı

Qurani-kərimdə möminlərin xüsusiyyətləri

18 Avqust 2019 22:20
0 Şərh     Baxış: 1 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə möminlərin bir sıra fərdi və ictimai xüsusiyyətlərindən söz açılır ki, biz burada onlardan bəzilərinə toxunmaqla kifayətlənirik:

FƏRDİ XÜSUSİYYƏTLƏR

1. Möminlər Allaha təvəkkül edərlər;[1]

2. Allahı yad edərkən qəlbləri titrəyər;[2]

3. Vacib əməlləri (xüsusilə namazı) vaxtlı-vaxtında yerinə yetirərlər;[3]

4. İffətli olar və zinadan qorunarlar;[4]

5. Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha bağlı olar və Onun dərgahında kiçilərlər;[5]

6. Yersiz və lüzumsuz işlərdən uzaq olarlar;[6]

7. İlahi ayələri eşidərkən imanları artar.[7]

İCTİMAİ XÜSUSİYYƏTLƏR

1. Başqalarını yaxşı işlərə dəvət və çirkin işlərdən çəkindirərlər;

2. Başqalarının maddi ehtiyaclarını təmin edərlər;

3. Mömin qardaşlarla dostluq edərlər;[8]

4. Camaatla təmkin və təvazökarlıqla davranarlar;[9]

5. Xeyirxah işlərdə hamıdan irəli keçərlər;[10]

6. Kafirlərdən uzaq olarlar;[11]

7. Əmanətə sadiq qalmağa səy göstərərlər;[12]

8. Əhd-peymana vəfalı olarlar;[13]

9. Allahın Rəsuluna itaət edərlər.[14]

İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:

1. Çətinlik zamanı dözümlü və təmkinli olar;

2. Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir edər;

3. Ruzisi geniş olarkən Allaha şükür edər;

4. Allahın əta etdiyi ruziyə razı və qane olar;

5. Düşmənlərə belə zülm və təcavüz etməz;

6. Öz yükünü dostlarının üzərinə atmaz və yaxud dostluq xatirinə onların günahlarını öhdəsinə götürməz;

7. Vücudu Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər;

8. Camaat onun əlindən əmin-amanlıqda olar.

Milli.Az maide.az-a istinadən bildirir ki, o həzrət rəvayətin sonunda buyurur: "Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri yolgöstərən və məsləhətçi, əqli əməllərə əmr edən, rəftarı gücü və qardaşı, yaxşılığı mehriban və qayğıkeş atasıdır."[15]

Bir sözlə, həqiqi mömin sonsuz aləmə bənzəyir.[16]

[1]. "Ənfal" surəsi, ayə 2.

[2]. "Ənfal" surəsi, ayə 2; "Tövbə" surəsi, ayə 51.

[3]. "Muminun" surəsi, ayə 9.

[4]. "Muminun" surəsi, ayə 5.

[5]. "Muminun" surəsi, ayə 2.

[6]. "Muminun" surəsi, ayə 3.

[7]. "Ənfal" surəsi, ayə 2.

[8]. "Tövbə" surəsi, ayə 71.

[9]. "Fürqan" surəsi, ayə 63.

[10]. "Muminun" surəsi, ayə 59.

[11]. "Mücadilə" surəsi, ayə 22.

[12]. "Muminun" surəsi, ayə 8.

[13]. "Muminun" surəsi, ayə 8.

[14]. "Ənfal" surəsi, ayə 1.

[15]. "Səfinətül-bihar", 1-ci cild, səh.37.

[16] Möminlərin xüsusiyyətləri haqda əlavə məlumat əldə etmək istəyənlər "Nəhcül-bəlağə"nin "Həmmam" xütbəsinə müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.