Maraqlı

Gizli seks hoteli İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ - Bir gecəsi 470 manat - FOTO

5 Avqust 2019 17:50
2 Şərh     Baxış: 21 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin bir şəhərətrafı qəsəbəsində yerləşən seks oyuncaqlarıyla dolu hotel ölkənin ən çox tövsiyə edilən hoteli olub. 

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Bozun 50 çaları" filmində Kristian Qrey obrazı üçün ideal hotel olaraq seçilən, müştərilərinə xəyallarından çox uzaq bir həzz yaşayacaqlarını vəd edən Gizli Zindan hoteli London ətrafında bir qəsəbədə çox zəngin insanların xidmətindədir.

Gizli Zindanın otaqları həm saatlıq, həm də gecəlik olaraq kirayələnir. Olduqca yüksək qiymətlərə xidmət göstərən hotelin sloqanlarından biri "Özünüzü ərköyün aparın"dır.

Bir otağın 4 saatlığı 130 funt-sterlinqdir (300 AZN). Bir gecəlik qalmaq istəyənlər isə 220 funt (470 AZN) üçün əlini cibinə salmalıdır.

Hotelin fəaliyyətə başlaması İngiltərədə fikir ayrılıqlarına səbəb olub. Bəzi vətəndaşlar bu cür məkanların gənclərin əxlaqının korlanmağına səbəb olacağını, bəziləri isə insanların seçim haqlarının olduğunu və istəməyən şəxslərin getməməyini məsləhət görüblər.

Hotelin nümayəndələri insanların arzularını həyata keçirmək üçün xidmət etdiklərini "Qonaqlarımız bura xəyallarını gerçəkləşdirməyə gəlirlər. Biz onlara bu imkanı yaradırıq" sözləri ilə izah edib.

Onlar hoteldə müştərilərə öz tanışı ilə zaman keçirə biləcəklərini, tək gələnlərə isə "profesional" işçilərindən təklif etdiklərini bildirirlər

Turqut
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.