Maraqlı

Bu məşhur zikr yoxsulluğu aradan aparar

4 Avqust 2019 19:50
0 Şərh     Baxış: 1 689
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Salavat - ən üstün zikrlərdəndir ki, Məsumlarımız (ə) onu deməyi bizlərə çox tövsiyə ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kim bu zikri hər gün deyərsə və ixlaslı olarsa, dünya və axirət bəhrələrinə çatar. Salavatın dünya bəhrələri ilə tanış olaq.

1. Dua yerinə yetər. İmam Sadiq (ə) buyurur: "Həmişə dua ilə onun yerinə yetməsi arasında pərdə olar. Muhəmmədə (s) salavat göndərilməyənəcən o pərdə aradan qalxmaz".

2. Hacət yerinə yetər. Həzrət Peyğəmbər (s) buyurur: "Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin yerinə yetməsinə səbəb olar. Allahı sizdən razı salar və əməllərinizi pak və pakizə edər".

3. Yoxsulluğu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: "Salavat göndərmək, yoxsulluğu aradan aparır".

4. Unutqanlığı aradan aparır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bir şeyi unutsa, mənə salavat göndərsin ki, o mövzu yadına düşsün".

5. Salamatlıq. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Hər kim bir dəfə salavat göndərərsə, Allah salamatlığı onun üçün açar"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.