Vitaminlərin ziyanları - xərçəng, uşaqlarda inkişaf qüsuru...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Harvard Universiteti (ABŞ) alimləri süni vitaminlərlə bağlı olan geniş araşdırma aparıblar.
Alimlər belə qərara gəliblər ki, süni vitamin-mineral kompleksləri və qida əlavələri nəinki faydasızdır, bəzi hallarda insan sağlamlığına hətta ciddi ziyan vura bilər. Xüsusilə bu vitaminlər müstəqil şəkildə, həkimlə məsləhətləşmədən və müayinələrdən keçmədən qəbul olunursa.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Amerika alimləri aşkar ediblər ki, süni vitaminləri qəbul edən 40% insan belə terapiyadan heç bir fayda almır.
Yaşlı insanlar və hamilə qadınlara vitaminlər ciddi ziyan vura bilər. Hamiləlik zamanı bu və ya digər vitaminin artıqlığı dölün inkişafına mənfi təsir edə bilər. Hamiləlik zamanı yalnız fol turşusunun qəbulu vacib və faydalı sayılır.
Yaşlı insanlarda bəzi vitaminlərin artıqlığı (xüsusilə A vitaminin) şişlərin sürətlə inkişafına gətirib çıxarda bilər. E vitamininin artıqlığı yaşlılarda ürək-damar sisteminə ciddi ziyan vurur.
Bundan əlavə kalsiumun həddindən artıq miqdarda qəbulu yaşlı insanlarda sümüklərin daha da zəifləməsinə gətirib çıxardır, damarların və böyrəklərin sağlamlığına mənfi təsir edir.
Alimlərin fikrinə görə, üzərində "super", "ekstra", "forte" kimi yazılar olan vitamin-mineral komplekslər xüsusilə təhlükəlidir ki, onların tərkibində olan vitamin və mineralların miqdarı adi komplekslərlə müqayisədə daha yüksək olur.
Bütün bunları nəzərə alaraq alimlər orqanizmə lazim olan vitamin və mineralları süni qida əlavələrindən deyil, təbii qidadan almağı tövsiyə edirlər. Bu zaman orqanizmdə bu və ya digər vitamin və ya mineralın artıqlığı yarana bilməz. Həmçinin orqanizm qidadan olan vitamin və mineralları daha yaxşı qəbul edir.
Ümumiyyətlə normal qidalanan insana süni vitamin və mineralların qəbuluna ehtiyac yoxdur.
Vitamin komplekslər yalnız istisna hallarda və yalnız həkim tərəfindən təyin edilə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
XƏBƏR LENTİ
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb
-
Enrike ilə bağlı qərar verildi
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi





