Tədqiqatçılar: Bu il dünyada ən isti iyun ayı olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Milli Okeanologiya və Atmosfer Tədqiqatları Agentliyinin (NOAA) məlumatına görə, 2019-cu ilin iyunu dünyada rekord səviyyədə isti havaların müşahidə olunduğu analoji ay olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ilin iyun ayında qlobal temperatur XX əsrin bütün analoji aylarında olduğundan 11,8 dərəcə yüksək olub. Tədqiqatların nəticələrinə görə, dünya üzrə havanın orta hərarəti 45 dərəcə selsidən çox olub. Qızmar havalar Avropa, Rusiya, Kanada və Cənubi Amerikada da çox müşahidə olunub. Bundan başqa, həmin ay Antarktikada buzlaqların ən sürətlə əriməsi müşahidə edilib.
ABŞ-ın Milli Meteorologiya Xidməti yay mövsümünün digər ayları üçün proqnozlar verib və əhalini xəbərdar edib. Qeyd olunub ki, avqustda ölkənin bəzi yerlərində temperatur 43,5 dərəcəyə çatacaq.
NOAA-nın məlumatında bildirilir ki, 1880-2019-cu illər arasındakı 139 il ərzində qeydə alınmış on ən isti iyun ayının səkkizi son doqquz ildə müşahidə edilib. Bu ilin iyunu isə 2016-cı ildəki ən isti analoji ayın rekordunu yeniləyib.
Dünyada ən isti iyun ayı ilə əlaqədar NASA da eyni rəqəmləri göstərən hesabat hazırlayıb. Alimlər bu anomal istilərin iqlim dəyişmələrinin nəticəsi olduğu barədə xəbərdarlıq edirlər. İqlim mütəxəssisi Keti Dello Associated Press agentliyinə bildirib ki, bu proses nəticəsində hər il Yer kürəsi daha çox isinir. "Bu il müşahidə olunan rekord səviyyədə istilər son hədd deyil və dözülməz hərarət artmaqda davam edəcək", - deyə o vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





