Gələcək beyin implantı nümayiş edilib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İddialı milyarder İlon Maska məxsus "Neuralink" şirkəti neyrokompüter interfeyslərinin insan beyninə implantasiyası texnologiyasını nümayiş etdirib. Proqramın məqsədi neyron şəbəkəsinin təsiri vasitəsilə görmə, eşitmə və danışma qabiliyyətini itirən insanları yenidən normal həyata qaytarmağa kömək etməkdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, qapalı keçirilən brifinqdə şirkət mütəxəssisləri insan və kompüter arasında əlaqənin qurulması üçün insan beyninə nazik neyron tellər implantasiya edə bilən robotlar hazırladıqlarını bəyan ediblər. Tərtibatçıların sözlərinə görə, texnologiya hissiyyat orqanları funksiyaları pozulan insanların görmə, danışma və eşitmə qabiliyyətini bərpa edə bilər.
İ.Mask hələ bir neçə il əvvəl bildirib ki, tərəqqidən geri qalmamaq üçün yeganə üsul insan beyninə süni intellektlə əlaqə qurmağı öyrətməkdir. "Neuralink" şirkətinin hesabatına görə, implantlar artıq laboratoriya siçovulları üzərində sınaqdan keçirilib, tədqiqatçılar tərəfindən insan beyni ilə işə isə 2020-ci ilin ikinci rübündə başlamaq planlaşdırılır.
Hazırda implantasiya texnologiyası beyinə qalınlığı insan saçının diametrinin dörddəbirini təşkil edən nazik tellərin yerləşdirilməsini nəzərdə tutur. Bunun üçün kəllənin incə burğu vasitəsilə burğulanması tələb olunur. Lakin gələcəkdə vibrasiyanın aradan qaldırılması məqsədilə bu metodikanın lazerlə əvəzlənməsi planlaşdırılır.
Miniatür elektrodlara bənd edilən ötürücülər informasiyanı insan beyninin neyron hüceyrələrindən toplayaraq qulaq dibində yerləşən və simsiz modulun köməyi ilə kompüterlə əlaqə yaradan kompakt qəbulediciyə ötürürlər. İ.Mask qeyd edib ki, nəticə etibarilə lazımi məlumatları insan beyninə ötürmək mümkün olacaq.
"Neuralink" təsisçisinin sözlərinə görə, neyron tellərin "oxuma/yazma" sürəti hazırda tibdə parkinson xəstəliyinin müalicəsi üçün istifadə edilənləri min dəfə üstələyəcək, interfeys inkişaf etdikcə isə implant istifadəçiləri arasında "telepatik" ünsiyyət qurmaq mümkün olacaq.
Texnologiya və tədqiqat barədə elmi materialların yaxın vaxtlarda təqdim olunması nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Tramp süni intellektin adını dəyişdi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi





