Özbəksayağı "Taxt-tac oyunları" çəkiləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerika rejissoru Ceykob Şvatrs Özbəkistanda XI-XII əsrlərdə Mərkəzi Asiya xalqlarının tarixi əsasında "Taxt-tac oyunları" üslubunda çoxseriyalı film çəkəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsinin mətbuat katibi Temur Mirzayev TASS agentliyinə müsahibəsində söyləyib. O deyib: "Şvartsın yaradıcı komandası ilə Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsinin rəhbərliyi arasında bu irimiqyaslı layihənin reallaşdırılması barədə razılaşma əldə olunub".
Onun sözlərinə görə, Dövlət Turizmin İnkişafı Komitəsinin mütəxəssisləri bu layihə üçün tərəfdaş seçərkən belə bir faktı nəzərə alıblar ki, Şvarts Mərkəzi Asiya tematikası ilə artıq tanışdır. Onun Özbəkistan haqqında çəkdiyi qısametrajlı film tamaşaçılar tərəfindən yaxşı qarşılanıb.
Tərəflər çəkilişlərin hansı regionlarda və yaşayış məntəqələrində aparılacağı barədə artıq razılıq əldə ediblər. Odur ki, amerikalı rejissorun komandası serialın ilk epizodlarının çəkilişlərinə oktyabrda başlayacaq. Film ingilisdilli olacağına görə onun çəkilişlərinə yalnız xarici aktyorlar cəlb olunacaq. Lakin perspektivdə yerli aktyor və rejissorlar da dəvət edilə bilər.
Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsində layihənin tarixi gerçəkliyinə böyük diqqət yetirirlər. Regionun tarixi sahəsində mütəxəssis, Turizmin İnkişafı Komitəsi rəhbərinin müşaviri Bəhruz Həmzəyev məsləhətçi təyin edilib. O hesab edir ki, serialın yaradılması üçün uğurlu vaxt seçilib, çünki adətən Yunanıstan, Misir və Skandinaviya mövzularının populyar olduğu xülyalar fabrikində - Hollivudda və dünya kinematoqrafında hazırda Mərkəzi Asiya regionunun xalqlarının tarixinə maraq durmadan artır. Onun fikrincə, şübhəsiz ki, bu film xarici turistlərin Özbəkistana marağını artıracaq.
Dövlət Turizmin İnkişafı Komitəsindən bildiriblər ki, Mərkəzi Asiyanın qədim xalqları haqqında tarixi serialın yaradıcıları "Taxt-tac oyunları"nı örnək götürəcəklər. Amerika yazıçısı Corc Martinin "Buz və alovun nəğməsi" romanları əsasında fentezi janrında çəkilmiş son dərəcə populyar serialın birinci seriyasının premyerası 2011-ci ilin aprelində olub. Bu il mayın 19-da böyük müvəffəqiyyətlə serialın sonuncu seriyası nümayiş etdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
XƏBƏR LENTİ
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü





