Maraqlı

16 yaşlı qız məzun gününə Svarovski daşları ilə bəzədilmiş "RolsRoys"la gəldi, hamı ona baxdı - FOTO

10 İyul 2019 15:18
11 Şərh     Baxış: 65 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məzun günündə təşkil olunan mərasimə qatılan 16 yaşlı qız bütün diqqətləri öz üzərinə toplayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə təşkil olunan məzun günü mərasiminə üzəri Svarovksi kristalları ilə bəzədilmiş "RolsRoys" ilə qatılan yeniyetmə müzakirələrə səbəb olub.

Mərasim zamanı 16 yaşlı İşa Sanah Akhtarın əynində bahalı libas olub. O, dəyəri 260 fund-sterlinqlik libası ilə diqqət çəkib. İşa, həmçinin tədbirə onun şəkillərini çəkmək üçün saatlıq kirayəsi 300 fund-sterlinq olan fotoqraf da gətirib.

Qeyd edək ki, üzəri Svarovski kristalları ilə örtülmüş Rols-Roys-un 15 dəqiqə üçün kirayə götürmə xərci 500 fund-sterlinqdir. Avtomobilin üzərini İşanın əmisi Amar Akbar bəzətdirib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.