Peyğəmbərimizin ən çox etdiyi dua
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali dini Rəhbər öz xütbələrinin birinin sonunda bu duanı demişdir:
"یا مُقَلِّبَ القُلوبِ ثَبِّت قُلوبَنا عَلی دینِک."
"Ya muqallibəl-qulub, sabbit qalbi alə dinikə". ("Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. Qəlbimi Sənin dinində möhkəm et")
Bu dua - böyük din alimlərinin ən çox tövsiyə etdiyi dualardan biridir. Ola bilsin ki, bəziləri etiraz edərək desinlər ki, bizim dinimizdəki yəqinliyimiz sabitdir, ona görə də bu dua daha aşağı təbəqədə yerləşən möminlərə şamil edilir. Xeyr, belə deyildir. İnsan möminlik pilləsinin hansı məqamında qərar tutursa-tutsun - insanın qəlbi olar, imanı olar, dindarlığı var. Hər an qərar tutduğu məqamdan süqut etmək təhlükəsi mövcuddur. Ancaq bu dua bizə öyrədir ki, Allahdan istəyək bizi tutduğumuz məqamda sabitqədəm etsin və süqut etməyə qoymasın. Əksinə, daha da yüksəlməyimizə tofiqat versin.
Hədislərimizdə bu dua "Ğəriq duası" adı ilə məşhurdur. Abdullah ibn Sinan nəql edir: "İmam (ə) buyurmuşdur: "Tezliklə şübhəyə düşəcəksiniz ki, ondan xilas ola bilməyəcəksiniz, məgər o kəsdən başqa ki, "Ğəriq" duasını oxuyar"".
Bu dua belədir:
Ya Allahu, ya Rəhmanu, ya Rahim
يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ
Ya muqallibəl-qulub
يَا مُقَلِّبَ ٱلْقُلُوبِEy, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir.
Sabbit qalbi alə dinikə
ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ
Qəlbimi Sənin dinində möhkəm et.
Həmçinin, Həzrət Peyğəmbərin (s) ən çox oxuduğu dualardan biri də məhz bu dua olmuşdur. Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmədən soruşurlar ki, Həzrətin (s) ən çox oxuduğu dua hansı olmuşdur? O, demişdir ki, "Ğəriq duası".
Mən də bu sualı Həzrətə (s) vermişdim və o, bu duanı tövsiyə etdikdən sonra, mənə buyurmuşdu: "Ey Ümmi Sələmə! Elə bir insan yoxdur ki, məgər qəlbi Allah qüdrətinin iki barmağı arasında yerləşməsin. İstədiyini davamlı edər və istədiyini yolundan azdırar"".
Əslində davamlılıq və sabitqədəm olmaq, eləcə də yolundan azmaq - qəlbə aid olan əməllərdəndir. İlk addım - insanın seçim etməsi və imanıdır.
İkinci addım isə Allahın onun əməli qarşılığında verdiyi nəticədir. Hər kim Sirat yolundan azar - həmin adamın öz seçiminə görə olar. Ancaq nəticəsini Allah verər. Əgər insan havayi-nəfsini seçərsə və maddiyyat ardınca gedərsə, Allah da onun qəlbini mənəviyyat yolundan çevirər.
Ona görə də yolumuzun azması - öz seçimimizin nəticəsidir. Yolumuzu düz seçib, bu yolda sabitqədəm olmaq da öz seçimimizə bağlıdır.(Həvzəh)
İnsanın hər an nəsihətə ehtiyacı vardır və onlardan biri də məhz "Ğəriq duası"dır ki, Məsumlarımız (ə) tövsiyə edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
XƏBƏR LENTİ
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb
-
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə





