Maraqlı

Vaxtsız ölüm olurmu?

9 İyun 2019 21:40
3 Şərh     Baxış: 3 461
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nekroloqlarda tez-tez bu ifadəyə rast gəlirik: "...vaxtsız ölümündən kədərləndiyimizi bildiririk". Buradakı "vaxtsız ölüm" ifadəsi doğru deyil. Çünki ölümün vaxtsızı yoxdur. Bütün ölümlər öz vaxtında gəlir. Allat-Təala kimə nə qədər ömür yazıbsa, həmin şəxs də o qədər yaşayır. İndi birinin həyatı 5 ildir, birininki 20 ildir, birininki 70 ildir, birininki 100. Biz cavan adam öləndə yandığımızdan belə deyirik.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, amma özünüz düşünün: kimin əlində zəmanəti var ki, o, 70, ya 100 il yaşayacaq. Təbii ki, heç kəsin. Bizim bilmədiklərimizi Allah-Təala bilir. Kimin nə qədər yaşayacağı da Allah-Təalanın istəyi və iradəsi ilə mümkün olur. Yəni "vaxtsız ölüm" demək Allah-Təalanın iradəsinə etiraz mənasına gəlir; qəzavü-qədərə inamsızlıq anlamı verir; daha doğrusu, insana günah qazandırır. Belə ifadələrdən istifadə etməyin. Hər ömür Allahın əmrilədir. İstər 5 yaşında olsun, istər 100 yaşında.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.