Maraqlı

Evdə dini yazı yazılmış kağızlar lazımsız qalıbsa, onları necə yox etmək olar?

30 May 2019 22:15
0 Şərh     Baxış: 2 392
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Evdə dini yazı yazılmış kağızlar lazımsız qalıbsa, onları necə yox etmək olar? Yandırmaq olarmı?

Dini yazılar, müqəddəslərin adları, Quran yazısı olan kağızlar əgər istifadəsiz qalıbsa və onları məhv etmək lazımdırsa, bunun üçün həmin yazıların hörmətinə uyğun şəkildə bir üsul seçmək gərəkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, müqəddəs yazıları hörmətsiz şəkildə məhv etmək günahdır. Bu yazıları zibilliyə tullamaq və ya küçəyə ayaq altına atmaq qətiyyən yol verilməzdir və günahdır. Onları yandırmaq da olmaz, çünki bu da hörmətsizlik əlamətidir. Ən yaxşısı budur ki, torpaqda çuxur qazıyıb, yazıları orda basdırsınlar, bu halda kağızlar özü çürüyüb gedəcək. Ya da kağızları dənizə və ya çaya atsınlar ki, ya yazılar yuyulub getsin, ya da kağızlar zaman keçdikcə təbii yolla çürüsün. Əgər kağızın yalnız bir yerində müqəddəs yazı yazılıbsa, dəstəmazsız şəkildə toxunmamaq şərti ilə həmin hissəni kəsib ayırmaq, qalan kağızı adi yolla məhv etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.