Əgər sübh namazından sonra yatan adam yuxuda cünüb (pollusiya) olsa, həmin günün orucu pozulur? Pozulmursa, hansı müddət ərzində qüsl etməlidir?
Orucu pozan hallara bunlar da daxildir: sübh azanına kimi cənabət halında qalmaq və gün ərzində hər hansı yolla bədəndən sperma çıxarmaq. Bunlar qəsdən edilərsə, oruc batil olur və kəffarə də lazım gəlir. Milli.Az islam.az-a istinadən bildirir ki, lakin bu hallar qeyri-ixtiyari olaraq baş versə, oruca maneçiliyi yoxdur. Sübh azanından sonra yuxuda ikən pollusiya olmuş şəxs orucunu tutmağa davam etməlidir. Gün ərzində orucu pozan əməllərdən çəkinməli və məğribə kimi oruclu qalmalıdır. Bu halda orucu düzgündür, qəza və kəffarə də lazım deyil. Dərhal qüsl etməsi də vacib deyil. Günorta namazlarını qılmazdan əvvəl bu hal baş veribsə, namaz üçün qüsl etsə kifayətdir. Əgər günorta namazlarını qıldıqdan sonra olubsa, qüsl almağı məğribdən sonraya da təxirə sala bilər.
Milli.Az