Google Fuchsia adlı yeni əməliyyat sistemindən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tərtibatçılar üçün keçirilmiş Google I/O 2019 konfransı çərçivəsində Android və Chrome OS əməliyyat sistemləri şöbəsinin rəhbəri Hiroshi Lockheimer jurnalistlərlə danışmış və həmin danışıqlar zamanı şirkətin Fuchsia adlı yeni əməliyyat sistemi barəsində məlumatlar vermişdir. Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Google şirkətinin yeni əməliyyat sistemi üzərində çalışması barəsində məlumatlar müəyyən vaxtlarda ortaya çıxırdı. Lakin buna baxmayaraq şirkət bu barədə heç bir rəsmi məlumat vermirdi.
Milli.Az technote.az-a istinadən bildirir ki, sözügedən layihə barəsində olan yeganə məlumat ondan ibarətdir ki, Fuchsia açıq kod mənbəlidir və Android-in Linux nüvəsi əsasında çalışmasından fərqli olaraq Fuchsia əməliyyat sistemi şirkətin özünün hazırladığı Zircon adlı nüvəsi əsasında çalışır. Jurnalistlərlə danışıqlar zamanı Hiroshi Lockheimer bildirib ki, bu, təcrübi əməliyyat sistemidir və o, Android ilə Chrome OS əməliyyat sistemlərini əvəzləmək niyyəti ilə hazırlanmır. Yeni əməliyyat sistemi sadəcə olaraq digər formatda olan cihazlar ilə çalışmaq üçün nəzərdə tutulur.
"Biz bilirik ki, bir çoxlarını narahat edən fakt ondan ibarətdir ki, bu, yeni Chrome OS ilə Android olacaq. Lakin Fuchsia bu məqsədlə yaradılmır. Fuchsia adlı təcrübi əməliyyat sistemi ağıllı ev cihazları, daşınıla bilən cihazlar və hətta artırılmış və virtual reallıq cihazları ilə çalışmaq məqsədi ilə yaradılır. Hal hazırda Android əməliyyat sistemi smartfonlarda, tətbiqlər isə Chrome OS əməliyyat sistemli cihazlarda yaxşı çalışırlar. Fuchsia isə digər formatlı cihazlar üçün optimizasiya edilə bilər" - deyə Hiroshi Lockheimer bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
XƏBƏR LENTİ
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu şirkətin agentliyin imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov





