Maraqlı

Android Q3 ilə Wifi parolunu asanlıqla paylaşmaq mümkün olacaq

14 May 2019 08:05
0 Şərh     Baxış: 1 020

"Google" icitmaiyyətə təqdim etdiyi "Android Q3" Beta versiyasında istifadəçilərin qeydə alınmış "Wi-Fi" şəbəkələrinin şifrəsini QR kod və ya mətn olaraq paylaşması mümkün olacaq.

Milli.Az chip.az-a istinadən bildirir ki, "Android" əməliyyat sistemi ilə işləyən bir telefon istifadə edirsinizsə cihazın qoşulduğu "Wi-Fi" şəbəkəsinin parolunu paylaşmağın asan olmadığını bilirsiniz. Şifrəni əzbər bilmirsinizsə onu paylaşmağın başqa yolu yoxdur. Bunu nəzərə alan "Google" "Android QR" ilə "Wi-Fi" şəbəkəsini asanlıqla paylaşa bilən yenilik tətbiq edib. Belə ki,  şirkət "Android Q1"in beta versiyasında QR kodu ilə "Wi-Fi" parolunu paylaşmağı gerçəkləşdirib. 23 fərqli telefon üçün təqdim olunan "Android Q" beta versiyası "Wi-Fi" parolunun yalnız QR kodu ilə deyil həm də mətn şəklində də istifadəsi mümkündür. Əlbəttəki, bunun üçün bir sıra təhlükəsizlik tədbirləri də var.

"Wi-Fi" parametrlərini daxil olduqda qeyd olunan şəbəkələrdən birinə toxunaraq paylaşım seçimini görəcəksiniz. Həmin funksiyanı aktivləşdirdiyiniz zaman cihaz sizdən təhlükəsizliyi təsdiqləməyinizi soruşacaq. Bu təsdiqləməni yerinə yetirdikdən sonra ekrana QR kodu və ya mətn şəklində "Wi-Fi" parolu çıxacaq.

Beləliklə "Wi-Fi" şəbəkəsinə qoşulmaq istəyən şəxs QR kodunu axtarışa verərək və ya şifrəni daxil etməklə Wi-Fi şəbəkəsinə qoşula bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.