Kim ki, 100 il yaşamasa... - Uzun ömür üçün maraqlı qaydalar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yəqin ki, hər kəs 100 il sağlam ömür sürmək istəyər. Bunu etmək çətin olsa da, mümkündür.
Milli.Az medicina.az-a istinadən sizə sağlam və uzun ömür sürməyin sirlərini açıqlayır:
1. Ayaqlarınızı yuxarı qaldıraraq kitab oxuyun.
Bu, zarafat deyil. Ayaqlar yuxarı vəziyyətdə kitab oxuyarkən, beyin kiçik stressə məruz qalır ki, belə olduqda, zədələnmiş hüceyrələr bərpa olunur. Həmçinin, sağaxaysınızsa sol əllə və ya əksinə də edə bilərsiniz.
2. Qırmızı rəngli meyvə-tərəvəz yeyin.
Çox az insan qırmızı bibərin tərkibində portağalda olduğundan çox miqdarda C vitamini olduğunu bilir. Çuğundur qan damarlarını açan nitratlarla, pomidor isə xərçəngdən qoruyan likopenlə zəngindir.
3. Sürətli qaçın
Qaçış ürək-damar xəstəliklərini 30 faizə qədər azaldır. Qaça bilməyən insanlar velosiped də sürə bilərlər.
4. İctimai ayaqyolundan istifadə edərkən ehtiyatlı olun
Hər dəfə ictimai ayaqyolundan istifadə etdikdən sonra xəstəliklərə yoluxmamaq və immunitetinizin zəifləməməsi üçün əllərinizi mütləq sabunlayın.
5. Banan yeyin
Bu meyvə qan təzyiqini normaya salır. Onun tərkibində olan kalium qida rasionunda olan çox miqdarda duzun mənfi təsirlərini aradan qaldırır.
6. Oturma hərəkəti edin
Bu sadə idman hərəkəti əzələlərin möhkəmlənməsinə kömək edir. Bu hərəkət əsasən də insan yaşlandıqda onun tez-tez yıxılmasını aradan qaldırır.
7. Gündə heç olmasa, bir stəkan çay için.
Çay qanda olan stress hormonunun səviyyəsini aşağı salır və ürək tutması meydana çıxması zamanı ölüm riskini 28 faizə qədər azaltmış olur. Həmçinin, çayın tərkibində olan antioksidantlar qan damarlarının divarını möhkəmləndirir.
8. 1 saat tez yatın
1 saat uzun yuxu rejimi qan təzyiqini normaya salır. Həm də uzun yuxu insana stressdən azad olmağa da kömək edir.
9. Qatıq yeyin
Probiotik tərkibli içkilər həzm sisteminə müsbət təsir edir.
10. Diş sapından istifadə edin
Diş sapı karies əmələ gətirən bakteriyalardan azad edir ki, nəticədə də insan ürək-damar xəstəliklərindən, kəmağıllıqdan, şəkərli diabetdən qorunmuş olur.
11. Çöplə nəfəs alın
Bu hərəkəti ağciyərlərin işini yaxşılaşdırmaq , qan təzyiqini aşağı salmaq və ürək tutmalarının sayını azaltmaq üçün tez-tez etmək tələb olunur. Bunun üçün burunla nəfəs alın, ağzınıza qoyduğunuz çöpdən isə nəfəs verin.
12.Evi təmiz saxlayın
Evini tez-tez səliqəyə salan insanlarda "xoşbəxtlik" hormonu adlanan serotoninin səviyyəsi yüksək miqdarda olur. Bu hormon həm də yuxuya yaxşı təsir edir.
13. Hər gün gəzin
Yerimək beyinin işinə müsbət təsir edərək, insanı ağıl zəifliyindən qoruyur.
14. Boşqabınıza daha az yemək çəkin
Gəmiricilər üzərində aparılan eksperimentlər göstərir ki, 30 faiz az yemək verilməsi onların həyatlarını 2 dəfəyə qədər artırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
XƏBƏR LENTİ
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilir?
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyimi dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü





