Maraqlı

Rusiya imperiyasının xəzinəsi hara yoxa çıxdı? - FAKTLAR - FOTO

24 Mart 2019 01:30
0 Şərh     Baxış: 2 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sovet İttifaqı uzun müddət özünü imperiyanın varisi hesab etməyib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Qorbaçov dövründə SSRİ özünə bu hüququ tanıdı. Rusiya Qərb dövlətlərinin külli miqdarda borcunu qaytardı. Amma heç kəs Rusiyadakı inqilabdan sonra vətəndaş müharibəsi dövründə xarici banklara axan qızıl ehtiyatı barədə söz açmadı.

İstənilən ölkənin stabilliyi və inkişafı qızıl ehtiyatından asılıdır. Rusiya imperiyasının isə XX əsrin əvvəlində qızıl ehtiyatı 1338 ton idi. Hərbi kampaniyada iştirak qızıl ehtiyatını azaltsa da, yenə də imperiyanın külli miqdarda qızıl ehtiyatı var idi. Qızılın əsas hissəsi Peterburq, Varşava, Riqa və Kiyev banklarına köçürülmüdü. Düşmənin hücumundan ehtiyat edərək 1915-ci ildə imperiya qızılının əsas hissəsi Povolje şəhərinə daşındı.

Bolşeviklər hakimiyyətə gəldikdən sonra Ağ qvardiyaçıların məhz bu regionda güclü nüfuzu və mövqeyi var idi. Qızıl ordu Kazan və Nijni Novqorodda saxlanılan qızılı ələ keçirmək istəsə də, buna nail olmadı. Admiral Kolçakın komandanlığı altındakı ordu qızılı ələ keçirdi və Omska apardı. Burada hökumətin rəhbərliyi yerləşirdi. Sonra isə qızıl yüklü vaqonlar hücum edən Qızıl ordudan uzağa-Nijneudinskə göndərildi.

İmperiyanı bərpa etmək üçün Kolçak silah alırdı. Pul axın ilə Britaniya, ABŞ və Yaponiyanın maliyyə sahəsinə axırdı. Ən böyük tranşlar Yaponiyaya edilib. Bu pul ilə "İokoqama Speşi" bankı dirçəldi və gündoğar ölkənin ən iri bankına çevrildi.

Kolçakın qızıllarının bir hissəsindən ataman Semyonov da istifadə etdi. O, bir neçə qiymətli eşalon ələ keçirdi. Semyonv da Yaponiyadan alver etdi və ora qızıl göndərdi.

Kolçakın taleyi hamıya məlumdur - onu Antanta generalları sovet hökumətinə təhvil verdilər və Kolçak güllələndi.

Amma İmperiya qızılının taleyi naməlumdur. Bu günə qədər də nə Yaponiya hökuməti, nə də Qərb dövlətləri 100 il əvvəl banklarına yerləşdirilən milyardları qaytarmaq istəmirlər...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.