Murat Bozdan bakılı qızlara jest, məşhurun ətrafında "yallı gedən" mühafizəçilər - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (9-cu say) və "Öldür beni sevgilim" filminin qala gecəsindən reportajı təqdim edir:
Ötən gün Bakının qonağı Türkiyənin məşhur müğənnisi Murat Boz və Azərbaycanda çox da tanınmayan Seda Bakan olub. Onlar baş rollarına çəkildikləri filmin qala gecəsi üçün paytaxtımıza gəliblər. Bakını gəzən məşhurlar filmdən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan və Bakıyla bağlı fikirlərini bölüşüblər.
Şəhərimizə ilk dəfə gələn Seda bura heyran qaldığını söyləyib. Onun dediyinə görə şəhərsalma cəhətdən Türkiyə Azərbaycanı nümunə götürməlidir. Aktrisa düşünür ki, Bakıda bütün yollar genişdir və günün istənilən saatında boş olur.
.jpg)
Məşhurların gülünc suallar verən müxbirləri ələ salması mətbuat konfransının ən diqqət çəkən məqamlarından idi. Hətta aktrisa müxbirlərin suallarının "yüzeysel" olduğunu söyləyərək narazılığını da bildirib. Murat Boz isə şəxsi həyatı ilə bağlı sualları zarafata salaraq cavablardan yayınmağa çalışıb.
.jpg)
Daha sonra onlar tamaşaçıların qarşısına çıxıblar. İkili qırmızı xalıdan keçərkən izdiham yaşanıb. Mühafizəçilər qızları Murat Bozdan güclə ayıra biliblər. Lakin müğənni Bakıya gələn digər məşhurlardan fərqli olaraq kinoteatrdakılarla bir-bir selfi çəkdirib, qucaqlayıb. Mühafizəçilər müğənninin ətrafında "yallı" gedən pozada dayanaraq şəkil çəkdirmək üçün qışqıra-qışqıra növbəyə düzülən qızlara nəzarət etməyə çalışıblar. Müğənninin onun mahnısını oxuyan azyaşlı oğlanı səhnəyə dəvət edərək onunla kiçik duet oxuması gecənin yaddaqalan məqamlarından olub.
Qalada yerli məşhurlardan Aqil M. Quliyev, hacı Nuran və "Hozu" filmi ilə tanınan Məcid Hüseynov iştirak ediblər. M.Hüseynovun Murat Bozla selfi çəkdirmək üçün çığır-bağır salan qızlara "lezvanı qoyun qırağa" deyərək söz atması zaldakıları güldürüb. Tamaşaçılarla selfi çəkimində Seda iştirak etməyib. O, bunu hamilə olması ilə əlaqələndirib.
.jpg)
2 saata yaxın davam edən film komediya, romantika və macəra janrındadır. Filmin gülməli başlayan səhnələri kinonun necə yekunlaşacağına dair maraq oyadır.
Film 18+ kateqoriyasında olmasa da, açıq, amma erotik olmayan səhnələr var. Kinoda bir neçə dəfə küçə söyüşlərindən istifadə olunub.
Filmin ssenarisi bir-birini sevib evlənən cütlüyün sonra da düşmənə çevrilməsi üzərində qurulub. Kinonun sonuna yaxın bəzi səhnələr reallıq dərəcəsini itirib, fantastik alınıb.
.jpg)
Film Türkiyənin turizm bölgələrində çəkilib. Dronla çəkilişlər, məkanın adlarının "non-blur" (açıq) göstərilməsindən aydın olur ki, film həmin ərazilərin reklamı üçün və ya onların sponsorluğu ilə lentə alınıb.
Macarə dolu səhnələrə dublyorun çəkilməsi normal hal olsa da, aktyorun yaxın planda çəkildiyi kadrların qeyri-peşəkar alınmasını montaj işinin qüsurlu olması ilə əlaqələndirmək olar.
.jpg)
Son zamanlar türkiyəli rejissorların ssenarinin güclü, ya zəifliyinə əhəmiyyət verməyərək məşhurları baş rola çəkməklə reytinq yığma cəhdlərinə baxmayaraq, "Öldür beni sevgilim" filmini məşhurların iştirakı ilə çəkilən filmlər arasında uğurlu kino hesab etmək olar. Çünki bu filmin ssenarisi fərqli, kinoda verilən mesajlar isə bəyənilən və təqdirəlayiq idi.
Filmdə sevdiyin insana güvənməyin önəmi, ətrafdakıların fikrinə əhəmiyyət verməmək, sevgi üçün mübarizə aparmaq və sadiqlik təbliğ olunub. Bundan əlavə, evlilikdə seksin vacibliyi qabardılıb. Ən əsası isə, pulun xoşbəxtlik gətirmədiyi, əksinə dostları düşmən etdirdiyi göstərilib.
"Ailəvi" baxılacaq film olmasa da, dostlar və tanışlarla rahatlıqla "Öldür beni sevgilim"ə baxıb, maraqlı səhnələrinə gülüb, zövq almağa dəyər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





