Maraqlı

Facebook iMessage-a ciddi rəqib yaradır

14 Mart 2019 08:51
0 Şərh     Baxış: 546

Artıq məlumdur ki, Facebook şirkəti Messenger-i, Instagram-ı və Whatsapp-ı vahid bir messencerdə birləşdirmək üzrə çalışır. Slate saytının yeni hesabatında jurnalistlər bu cür qərarın Facebook şirkətini Apple ilə rəqabətin yeni səviyyəsinə necə qaldıracağını aydınlaşdırıblar.

Milli.Az technote.az-a istinadən bildirir ki, analitiklərin fikrincə Facebook ilə Apple bir-birilərini tamamlayırlar: İnsanlar iPhone smartfonlarını alırlar və həmin smartfonlar vasitəsilə Facebook-dan və Instagram-dan istifadə edirlər. Bununla yanaşı bir çoxları iPhone vasitəsilə ünsiyyət üçün iMessage yerinə Facebook platformasından istifadə edirlər. Bu isə öz növbəsində Android kimi digər platformalara keçidi daha da sadələşdirir.

"Əla interfeysə və mesajların end-to-end şifrələnməsi özəlliyinə sahib olan iMessage messenceri Apple şirkətinin əsas üstünlüyü idi və bu üstünlük hesabına şirkət istifadəçilərin Androiod platformasına keçid etmələrinin qarşısını ala bilirdi. Yüksək tələbata baxmayaraq Apple şirkəti heç zaman iMessage platformasının Android versiyasını hazırlamağı planlaşdırmırdı. Bununla paralel olaraq Google şirkəti Android üçün keyfiyyətli mesajlaşma platforması yaratmağa cəhd edirdi. Lakin Google buna nail ola bilmədi. Buna görə də bir çox Android istifadəçiləri Facebook Messenger və Whatsapp-dan istifadə etmək qərarını verdilər" - deyə şirkət hesabatında qeyd edilib.

Mütəxəssislər qeyd ediblər ki, ABŞ-da iMessage öz istifadəçi kütləsinin sayı baxımından Facebook-u üstələyir. Mark Zuckerberg özü də bir neçə dəfə iMessage platformasını Facebook şirkətinin ən böyük rəqiblərindən biri adlandırmışdı. Bundan əlavə olaraq o qeyd etmişdi ki, Messenger, Instagram və Whatsapp platformalarının bir vahid messencerdə birləşdirilməsinin əsas məqsədi iMessage kimi təhlükəsiz servisin yaradılmasıdır. Müəyyən vaxtdan sonra Facebook-un iMessage platformasını tam əvəz edib-etməyəcəyi məlum olacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.