Lia ərinin sürəkli təhdidlərinə və təhqirlərinə məruz qaldığını, döyüldüyünü deyir. O, ərindən boşanıb.
ABŞ-ın Nyu-York şəhərində yaşayan fotoqraf Reka Nyari isə Lianı "Mother Ink" adlı fotosessiyasının qəhrəmanı edib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 39 yaşlı Liya soyunaraq oğlunu qucağına alıb, kameralar qarşısına keçib. O, "Bakirə Məryəm Ana" obrazında idi.
"Bu portretlər ananın həm də seksual qadın olduğunu göstərir. Ailədə zorakılığa məruz qalmış qadının yeni həyata başlamağa hüququ var", - Reka Nyari deyib.
Milli.Az