Maraqlı

Ölmüş körpə üçün ağlamaq

23 Fevral 2019 20:50
1 Şərh     Baxış: 2 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahdan sizə səbir diləyir və dua edirik, sizi qızınızla Cənnətdə görüşdürsün. Qızınız üçün həddi aşmadan, səssizcə ağlamaq və ya kədərlənmək günah sayılmaz. Məhəmməd peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) oğlu İbrahim körpə ikən vəfat edtidkə, O da oğlu üçün səssizcə ağlayıb kədərlənmişdi. Səhih hədislərə görə ölən şəxs üçün üç gündən artıq yas saxlamaq bəyənilmir. Digər bir hədisdə isə rəvayət olunur ki; "Ölən şəxs üçün yaxınlarının ona həddi aşaraq ağlaması, onun qəbr həyatında sıxılıb əziyyət çəkməsinə səbəb olur". (əl-Buxari).
Ağlayan anaya görə uşağın qəbrinin su ilə dolması və onun üşüməsi isə səhv fikirdir. Körpələr günahsız olduqları üçün Cənnətə sorğu-sulasız girəcəklər. Amma uşaqların mələk kimi olması isə düzgün fikir deyil. Həmçinin onu da qeyd edək ki, səhih rəvayətlərə görə ölmüş körpələr, qiyamət günü cənnətin qapısında dayanıb, valdieynləri ora girənə qədər onlar üçün şəfaətçi olacaqlar. "Şəfaət" - birisi üçün vəsatət tələb etmək, araya girərək kimisə müdafiə etmək məqsədi ilə onun üçün xahiş etmək mənasına gəlir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Qurra ibn İyəs (Allah ondan razı olsun) adlı səhabə demişdir: "Bir kişi oğlu ilə birlikdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: "Sən onu sevirsən?" O dedi: "Bəli, ey Allahın Elçisi, mən onu sevdiyim kimi Allah da səni sevsin". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) onu bir müddət görmədikdə dedi: "Filankəsin oğlu necədir?" Dedilər: "Ey Allahın Elçisi, o öldü". Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun atasına dedi: "Məgər sən Cənnətin qapılarından istədiyinə gəldikdə, onun orada səni gözlədiyini görmək istəməzsənmi?" O kişi dedi: "Ey Allahın Elçisi, bu, yalnız ona, yoxsa hamımıza aiddir?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Əksinə, hamınıza". (İmam Əhməd, 20365, 20381).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Möminlərin (həddi-buluğa çatmadan ölən) uşaqları Cənnətdəki dağdadır. Qiyamət günü valideynlərinə qaytarılana qədər İbrahim və Sara onlara himayədarlıq edirlər". (əl-Hakim, 1418).
Həmçinin demişdir: "Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: "Cənnətə girin!" Onlar deyəcəklər: "Valideynlərimiz daxil olmayınca (biz girmərik)". Onlara deyiləcək: "Siz də, valideynləriniz də Cənnətə girin!" (ən-Nəsəi, 1853, 1876).
Bu dünyada kiçik uşağını itirən ana ataya bir mükafat olaraq Cənnətdə o uşaqları onlarla birlikdə olacaq və bu dünyadakı qısa bir uşaq sevgisinə əvəz olaraq axirətdə əbədi bir uşaq sevgisini onlara veriləcək. Uşağını itirdiyi halda buna səbr edən Müsəlmana, Uca Allahın verdiyi mükafat Əbu Musa (Allah ondan razı olsun) tərəfindən nəql edilir: "Rəsulullah (salləllahu əleyhi və səlləm) belə buyurmuşdur: "Bir qulun uşağı öldüyü zaman Uca Allaha mələklərinə Qulumun uşağının ruhunu aldınızmı? deyə buyurar. Mələklər: Bəli, deyərlər. Allah Təala: Qulumun könül meyvəsini qopardınızmı? buyurar. Mələklər: Bəli, deyərlər. Uca Allah: Yaxşı bəs qulum nə dedi? buyurar. Mələklər: Sənə həmd etdi və "innə lilləhi va innə ileyhi raciun" (biz hamımız Allah üçün yaşayırıq və hamımız da Ona qayıdacağıq) deyə şükür etdi, deyərlər. Bundan sonra Uca Allah: O halda qulum üçün cənnətdə bir ev düzəldin və adını da "həmd evi" qoyun deyə buyurar". (ət-Tirmizi: "Kitəbul-Cənəiz", səh: 36).

Sevdiyini itirən bir insan, bu vəziyyətə səbr edər, ağızından pis söz yerinə yalnız və yalnız Allahı ucaldan sözlər çıxarsa, qulun bu səbri nəticəsində Uca Allah, onu cənnətinə daxil edər. Cənnətində də ona adı "həmd evi" olan bir məkan hədiyyə edər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.