Qıcıqlanan bağırsaq sindromu: əlamətləri, müalicəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səbəbləri
QBS-nin dəqiq səbəbini müəyyən etmək çox çətindir. QBS zamanı bağırsaqlarda heç bir patoloji struktur dəyişikliyi müəyyən edilmir. Bir neçə mümkün hesab edilən səbəblər təklif edilir, məsələn:
- Bağırsaq əzələsində hərəki pozğunluğu. Normada bağırsaq daxilindəki qidanı hərəkət etdirmək üçün yığılıb açılır. Amma bəzən bu proses sürətlənərək ishal, qaz toplanması, genişlənmə, bəzən isə zəifləyərək qəbzlik törədə bilər.
- Bağırsağın genişlənməsinə və hərəkətinə qarşı dözümlülüyün zəif olması. Milli.Az etibb.org-a istinadən bildirir ki, bunu bəzi alimlər mərkəzi sinir sistemi ilə əlaqələndirirlər.
- Bəzi alimlər hormal dəyişikliklərin QBS zamanı əhəmiyyətli ola bilməsi inancındadırlar. QBS-dən əziyyət çəkən qadınlarda menustrasiya zamanı şikayətlərin daha da kəskinləşməsi bu ideyanı dəstəkləyir.
Əlamətləri
- Qarında ağrılar və ya sancılar
- Qarında köp
- Ağrı ilə müşayət olunan xroniki ishal
- Ağrı ilə müşayət olunan xroniki qəbzlik
- Ağrıların nəcis ifrazından sonra keçməsi
- Ürəkbulanma və qusma
- İştahanın itməsi
- Depressiya
- Nəcisdə seliyin olması
Risk faktorları
- Lifli qidaların az qəbulu
- Əsəbi və gərgin iş rejimi
- Qəbzlik zamanı işlədici dərman və vasitələrin (Laksativlərin) istifadəsi
- İnfeksion ishalın olması
- Digər qısamüddətli bağırsaq iltihabının keçirilməsi
Müayinələr
Adətən aparılan müayinələr heç bir nəticə vermir. Fəqət onların aparılması digər xəstəlikləri inkar etmək nöqteyi nəzərindən əhəmiyyətlidir. Həkiminiz aşağıdakı müayinələri təklif edə bilər:
- Kolonoskopiya
- Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi
- Qanın ümumi analizı
- Nəcisdə gizli qanın təyini
- Bəd xassəli törəmələri inkar etmək üçün qanda bəzi onkomarkerlərin yoxlanılması
Müalicə
Müalicənin əsas məqsədi əlamətlərin aradan qaldırılmasıdır. Bəzi insanlarda pehriz əlamətlərin aradan qalxmasına kömək edir. Bağırsaqları qıcıqlandıran qidaların (məsələn, kofein) qəbul edilməməsi gərəkli ola bilər. Aşağıda göstərilən vasitələrdə QBS əlamətlərinin itməsinə gətirib çıxara bilər:
- Stresi aradan qaldıran tədbirlər, məsələn, idmanla məşğul olma
- Yeməkdən öncə antixolinergik dərmanların qəbulu
- Güclü təşviş və ya dərin depressiya zamanı dostlarla ünsiyyət
- Diarreya əleyhinə dərmanların qəbulu
- Aşağı dozalı antidepressantların qəbulu
Yadda saxlamaq lazımdır ki, QBS insanı onun bütün həyatı boyu müşayət edə bilər, amma onun yaratdığı şikayətlər müalicə vasitəsilə yaxşılaşa bilər və ya tam aradan qalxa bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
XƏBƏR LENTİ
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb
-
Enrike ilə bağlı qərar verildi
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi





