Rotor sindromu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rotor sindromu birləşmiş hiperbilirubinemiyanın digər növü olub klinikasına görə Dubin-Conson sindromuna bənzəyir. Bu sindrom 1948-ci ildə Arturo Rotor və həmmüəllifləri tərfindən təsvir edilmişdir və onun şərəfinə Rotor sindromu adlandırılır. Rotor sindromu zamanı Dubin-Conson sindromundan fərqli olaraq qaraciyərdə qranulyar piqmentin toplanması və qaraciyərın rənginin tündləşməsi baş vermir.
Milli.Az etibb.org-a istinadən bildirir ki, rotor sindromu zamanı da birləşmiş bilirubinin ekskresiya olunması mexanizmində defekt qeyd olunur və nətəcədə birləşmiş bilirubinin qanda miqdarı artmış olur. Rotor sindromu zamanı bilirubinin qana reabsorbsiyasında və sidiklə xaric olunmasında da çatışmazlıq qeyd olunur.
Əlamətləri
Rotor sindromun aşağıdakı əlamətləri qeyd edilə bilər:
- Xroniki sarılıq
- Qarınüstü nahiyədə arabir diskomfort və ağrılar
- Epizodik olaraq bədən hərarətinin yüksəlməsi
Səbəb
Rotor sindromu anadangəlmə genetik patologiya hesab edilir. Bu sindromun əmələ gəlməsində rolu olan konkret genlər müəyyən edilməmişdir.
Müayinə
Rotor sindromunun diaqnostikası üçün bilirubin, sidik testləri və qaraciyər biopsiyası təklif edilə bilər. Müayinənin əsas məqsədi hiperbilirubinemiyanın səbəbinin təyin edilməsi və Rotor sindromunun digər hiperbilirbinemiya yarada biləcək patologiyalarla differensiasiya edilməsidir.
Rotor sindromu zamanı qanın biokimyəvi müayinəsi zamanı ümumi biliribin, xüsusilə də onun birləşmiş fraksiyası yüksəlmiş olur. Rotor sindromu zamanı ümumi bilirubin adətən 50-130 mkmol/l (norma: <17 mkmol/l) həddində olur. Bununla yanaşı, qaraciyərin funksional vəziyyəti həm laborator (ALT, AST), həm də instrumental üsullarla təyin ediləcəkdir. Rotor sindromunun Dubin-Jonson sindromu ilə differensiasiya etmək üçün qaraciyər biopsiyası təklif edilə bilər. Çünki hər iki sindrom birləşmiş hiperbilirubinemiyadır və onların differensiasiyası üçün qaraciyərdə piqment toplanmasının olub olmamasını təyin etmək vacibdir. Dubin-Jonson sindromu zamanı qaraciyərdə piqment depolaşması müəyyən edilirsə, Rotor sindromunda bu təyin edilmir.
Müalicə
Rotor sindromu genetik pozğunluq olduğu üçün tam müalicəsi mümkün deyil. Amma qeyd edilməlidir ki, Rotor sindromu xoş gedişə malikdir və xəstənin həyatı üçün təhlükə yartmır. Əgər hər hansı bir kənar faktorun təsiri ilə (hepatoksik dərmanların qəbulu və ya hepatit virusları ilə yoluxma) qaraciyərdə ağırlaşma (kəskin hepatit) törənərsə həkim müdaxiləsi qaçılmazdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
XƏBƏR LENTİ
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)





