Maraqlı

Bu gün Ümumdünya Təbəssüm Günüdür

7 Oktyabr 2011 11:02
0 Şərh     Baxış: 1 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının ABŞ KİV-nə istinadən verdiyi məlumata görə, bu bayramın mövcudluğu rəssam Xarvi Bellin adı ilə bağlıdır.

O, 20-ci əsrin ortalarında Amerikada yaşayıb. Yaradıcılığı xüsusi heç nə ilə fərqlənməyib. Lakin günlərin birində "State Mutual Life Assurance Company of America" sığorta şirkəti qurumun vizit vərəqəsi üçün parlaq və yadda qalan simvol düşünməsi üçün rəssama müraciət edib. Xarvi uzun-uzadı düşünmədən indi hər kəsin dünyada təbbəssüm işarəsi kimi istifadə etdiyi smaylı - gülümsəyən sarı simanı şirkətə təqdim edib. Bu, 1963-cü ildə baş verib...

Cəmi bir neçə ay sonra bu sima 10 minlərlə çap olunmağa başlayıb. Bir müddət sonra ona futbolkaların, beysbolkaların, açıqcaların, kibrit qutularının və sairin üzərində də rast gəlinməyə başlayıb.

Ümumdünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.